Accessibility links

Rəcəb Tayyib Ərdoğan: Biz bu mübarizədən dönməyəcəyik


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də Bakıda keçirilən Dünya Türk Biznes Şurasının toplantısında “Barış Pinarı” əməliyyatından danışıb. O, Ərəb Liqasının, NATO-nun, Avropa İttifaqının münasibətini tənqid edib.

"Əl Babı 3 500 İŞİD-çidən təmizlədik. Dünya bunu görməz, Cerablusu terrordan təmizlədik. Avropa İttifaqı, Ərəb Liqası bunu görmürmü? Suriyanı Ərəb Liqasından çıxaranlar əməliyyatdan sonra onu yenidən təşkilata üzv qəbul etmək istəyirlər. Türkiyə NATO-nun üzvüdür. Dünən söylədim, siz bu terror qruplaşması olan PKK-nı NATO-ya nə vaxt qəbul üzv etdiniz, mənim xəbərim olmadı?! Suriya Milli Ordusu ilə Türkyə hərbçiləri terrordan azad edilən bölgələri azad etdikləri yerdə Öcalanın fotoları aşkarlanır. Bu da onların terrorçu PKK olduğuna sübutdur. Biz bu mübarizədən dönməyəcəyik. Hazırda türk milləti vücud halındadır. “Fırat qalxanı” və “Zeytun budağı”nda Fərat çayının qərbini 4 500 İŞİD və PKK/YPG-PYD terrorçusundan təmizlədik. Qərbi təmizlədiyimiz kimi şərqi də təmizləyəcəyik. Bu ərazidən bizə təhdid var. İndiyədək 700-dən artıq top mərmisi bizim ərazimizə atılıb. Bu hücumlar nəticəsində 18 dinc sakin həyatını itirib, 200-dən çox vətəndaşımız yaralanıb, 9 aylıq Məhəmmədimiz şəhid olub. Bunlar hər zaman mülki şəxsləri qətliam edir, etnik təmizləmə aparır. Adətən, Avropa İttifaqı belə yerlərə araşdırıcı göndərərdi. İndi niyə göndərmirlər? Ərəb Liqası, siz indiyədək suriyalı qaçqınlara bir qəpik yardım etdinizmi? İndi Türkiyəyə qarşı çıxış edirsiniz. Ancaq bu, heç nəyi dəyişməz. Avropa İttifaqı 3 milyard dolar yardımı hələ tam göndərməyib. Biz isə 40 milyard dollar xərcləmişik. Çünki bizim darda olanlara yardım etmək ənənəmiz var. “Barış pınarı" kürdlərə qarşı yönəlməyib. Biz onları da terrorun əlindən xilas edirik. Bizim partiyamızın parlamentdə 50 kürd millət vəkili var,” Report agentliyi Ərdoğana istinadən məlumat yayıb.

Türkiyə prezidenti vurğulayıb ki, “Barış pınarı" antiterror əməliyyatı 1974-cü il "Kipr barış" hərəkatı qədər həyatı əhəmiyyətlidir.

"Bu əməliyyatı mütləq uğurla başa çatdıracağıq. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, "Bir dəfə yüksələn bayraq bir daha enməz!" Başda Azərbaycan olmaqla, əməliyyatı dəstəkləyən bütün liderlərə təşşəkkür edirəm," o qeyd edib.

XS
SM
MD
LG