Qlobal iqtisadiyyat boyu bzineslərdə böyük dəyişikliklərə səbəb olan rəqəmsal inkişaflar dünyada ticarətin şəklini və istehsalçılar və ticarətçilərin mallarını nəql edib satmaq yollarını da dəyişir. Ekspertlər Amerikanın Səsilə bildirib ki, rəqəmsal inqilab ölkələr üçün bir sıra mühüm imkanlar, eyni zamanda isı ciddi problemlər təşkil edir.
Hər kəs Volkswagen, Toyota və ya IBM-ı tanıyır, amma heç kəs kiçik şirkəti tanımır ki, bu legitim biznesdir yay ox. Onlar artıq neçə zamandır bazardadır? Blok çeyn bu sualları cavablandıra bilər.Robert Azevedo
Süni intellekt, internet kommersiyası və maşınlaşdırılmış tərcümə kimi rəqəmsal irəliləyişlər qlobal ticarəti asanlaşdırır. Bu irəliləyişlər xərcləri azaldır. İqtisadçıların fikrincə isə, bu, xüsusilə də kiçik ölkələrdəki ixracatçılar və az maaliyyələşdirilən şirkətlər üçün faydalıdır.
Ümumdünya Ticarət Təşkilatının sədri Robert Azevedonun sözlərinə görə, bir çox ölkədə bir-birinə bağlı olan bu nəhəng kompyuter serverləri tranzaksiyaları və məlumatları təhlükəsiz şəkildə “blok çeyn” adlı rəqəmsal sistemdə izləyir. Bu blok çeynlər ucqar yerlərdəki yeni ixracatçılara potensial müştəriləri yeni şirkətin söz verdiyi malları istehsal etdiyinə inandırmağa imkan yaradır.
“Hər kəs Volkswagen, Toyota və ya IBM-ı tanıyır, amma heç kəs kiçik şirkəti tanımır ki, bu legitim biznesdir yay ox. Onlar artıq neçə zamandır bazardadır? Blok çeyn bu sualları cavablandıra bilər” – deyə, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Robert Azevedo bildirib.
Bir digər rəqəmsal inkişaf, yəni 3D çap, gələcəkdə bəzi fabriklərin fiziki əşyaları çap edən cihazlarla əvəz olunmasına gətirib çıxara bilər.
Brukinqs İnstitutunun ticarət və texnologiya üzrə eksperti Coşua Meltzerin sözlərinə görə, 3D çapın geniş şəkildə yayılması ilə inkişaf etməkdə olan ölkələrdə az bacarıq tələb edən və az maaş verən iş yerləri azala bilər.
İnkişaf etməkdə olan ölkələrin kənd yerlərində internetə çıxış çox azdır. Dünya əhalisinin yalnız yarısının internetə çıxışı var. Meltzer deyir ki, ciddi irəliləyişin əldə olunması üçün geniş zolaqlı internet və mobil cihazlara tam çıxışa ehtiyac var.
Artıq bunun başlanğıcını görürəm. Düşünürəm ki, rəqəmsal inqilab bunu daha yaxşı səviyyəyə gətirəcək.Klod Barfild
“Əslində əlverişli internet planları bunun əsaslarını qoymaq üçün lazım olan paketin bir hissəsidir”, Brukinqs İnstitutundan Coşua Meltzer söyləyir.
İnkişaf etmiş ölkələrin irəliləyişinə ən çox istehsal sahəsindəki işlər səbəb olub, lakin inkişaf etməkdə olan ölkələlərdəki iqtisadi fəaliyyət istehsal səhəsindən xidmət sahələrinin iqtisadiyyatında ideyalar və məlumatların idarəsinə yönəlir. İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələr üzərində üstünlüyə sahibdir, çünki onlarda xidmət sahəsindəki sənayelər üçün lazım olan ixtisaslaşdırılmış bacarıqları olan yüksək təhsilli işçilər var.
Ticarət və iqtisadiyyat üzrə ekspert deyir ki, xidmət sahələrinin iqtisadiyyatına keçid inkişaf etməkdə olan ölkələrin digərlərinə yetişməsini çətinləşdirə bilər.
“Artıq bunun başlanğıcını görürəm. Düşünürəm ki, rəqəmsal inqilab bunu daha yaxşı səviyyəyə gətirəcək”, Amerika Sahibkarlıq İnstitutundan Klod Barfild bildirir.
Amerika Sahibkarlıq İnstitutundan Klod Barfild də həmçinin deyir ki, siyasət iqtisadi məsələləri çətinləşdirə bilər, çünki inkişaf etməkdə olan ölkələrin liderləri yeni rəqəmsal şirkətlərə genişlənmək və iqtisadi artıma təkan vermək üçün ehtiyacı olduğu azadlığı verməklə rəqəmsal texnologiyalardan sosial nəzarət və siyasi məqsədlər üçün istifadə etmək arasında seçim etmək məcburiyyətində qala bilər.