Accessibility links

Rəsmi Bakı ABŞ-dakı hücumlarda ölənlərlə bağlı başsağlığı verib


Bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" mikrobloqunda qeyd edib

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-ın Texas və Ohayo ştatlarında çoxsaylı insan ölümü ilə nəticələnən silahlı insidentlərlə bağlı başsağlığı verib.

Bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" mikrobloqunda məlumat verilib.

"Biz Texasın El Paso və Ohayonun Deyton şəhərlərində baş vermiş silahlı insidentlər zamanı çox sayda günahsız insanın ölümünə, onlarla insanın yaralanmasına dair dəhşətli xəbərlərdən dərin kədər hissi keçiririk. Ölənlərin ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik" - deyə, məlumatda bildirilir.

ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma zamanı 9 nəfər ölüb, 16 adam yaralanıb. Bu, son 24 saat ərzində ikinci kütləvi atışmadır.

Deyton polisi Twitter vasitəsi ilə hücum edən şübhəlinin öldürüldüyünü xəbər verib. Hücumçunun kimliyi açıqlanmayıb.

Şənbə günü Texasın El Paso şəhərindəki Walmart mağazasında hücum zamanı 20 nəfər öldürülüb, 26 adam yaralanıb.

Bundan əvvəl ABŞ-ın Kaliforniya ştatında keçirilən sarımsaq festivalında kütləvi qətl hadisəsi baş verib. Hücumçunun açdığı güllə atəşi nəticəsində azı üç nəfər həyatını itirib.

Qilrou şəhərində baş verən hadisə ilə bağlı məlumat verən polis hücumçunun əlində tüfəng olduğunu bildirib.

Qilrou polis idarəsinin rəisi Skot Smiti hücumçunun polis atəşi nəticəsində öldürüldüyünü bildirib.

O, həmin şəxsin çox güman ki, festival ərazisinə hasarı aşaraq keçdiyini deyib. Belə ki, fevstivala gələnlər yoxlanışdan keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG