Accessibility links

Rəsmi: COVID vaksini yanvarda gözlənilir


Tramp administrasiyasının koronavirus pandemiyası ilə mübarizəsinə başçılıq edən rəsmi bildirib ki, ABŞ-da vaksinlərin 2021-ci ilin yanvar ayında vurulacağı gözlənilir, baxmayaraq ki, prezident peyvənlərin bu aydan başlayaraq vurulacağını deyib.

Bundan əlavə hər iki partiyadan getdikcə daha çox qanunverici, ekspert və ictimai sağlamlıq rəsmiləri ölkənin COVID-19-un qışda yenidən yayılmasına yaxşı hazır olmadığını düşünür.

Dr. Robert Kadlek cümə günü göndərdiyi email-də bildirib ki, administrasiya “təhlükəsiz və effektiv vaksinlərin istehsalını sürətləndirir ki, onların 2021-ci ilin yanvarından başlayaraq tətbiqini təmin etsin.” Kadlek Səhiyyə və İnsan Xidmətləri Departamentinin katibinin hazırlıq və cavab tədbirləri üzrə müavinidir.

Koronavirus vaksini hazırlayan Moderna Therapeutics şirkətinin baş qərargahı
Koronavirus vaksini hazırlayan Moderna Therapeutics şirkətinin baş qərargahı

“Vaksinə bir neçə həftə qalıb”

Prezident Donald Tramp mitinqlərdə, debatlarda və mətbuat konfranslarında vaksinin bir neçə həftə sonra hazır ola biləcəyini deyib.“Biz düşünürük ki, biz oktyabrda vaksini vurmağa başlaya bilərik,” Tramp ötən ay Ağ Evdə keçirilən mətbuat brifinqində deyib.

Kadlek prezidentin nikbin gözləntilərinin əksinə çıxış edən ilk səhiyyə rəsmisi deyil. Səhiyyə və İnsan Xidmətləri Departamentinin katibi Aleks Azar cümə axşamı ilin sonuna qədər “Ərzaq və Dərman Administrasiyasının təsdiqini gölzəyən” 100 milyon vaksin dozasının ola biləcəyini deyib. Hökumətin vaksin səylərinə başçılıq edən Dr. Monsef Slaui isə cümə günü Marketwatch-a bildirib ki, tədqiqatçılar hazırda inkişad etdirilən vaksinlərdən birininin effektiv olub-olmadığını “oktyabrın sonunda, noyabr və ya dekabrda” biləcəklər, amma vaksini tətbiq etmək üçün təcili icazə almaq bir neçə həftə vaxt aparacaq.

Ağ Ev səhiyyə rəsmiləri ilə Trampın söylədikləri tarixlər arasındakı fərqlə bağlı suala cavab olaraq dəqiq bir tarix verməsə də, Trampın prioritetinin vaksini “mümkün qədər tez” vurmaq olduğunu deyib. Kadlek isə əlavə edib ki, qəti bir şəkildə ölkədə yanvardan öncə vaksinin olmayacağını demək də doğru deyil.

Kadlek The Associated Press (AP) və Frontline xəbər agentliklərinin kritik tibbi ləvazimatların çatışmazlığı ilə bağlı sualları cavablandırırdı.

AP və Frontlinebu həftənin əvvəlində xəbər verib ki, maskalar, əlcəklər, xələt və süni nəfəs aparatları kimi kritik tibbi avadanlıqların təchizat zəncirinin qırılması ABŞ-ın COVID-19-la mübarizəsində çətinlik yaradıb və güman ki, yüksək ölüm hallarına səbəb olub.

Ekspertlər deyir ki, indi də gələcək ümummilli vaksin proqramı üçün zəruri olan şpris, iynə və şüşə ampula çatışmazlığı yaşana bilər.

XS
SM
MD
LG