Şri Lanka rəsmilərinin dediyinə görə, Pasxa günü bir sıra bomba hücumları həyata keçirən militant qrupun şübhəli lideri Shangri-La otelində ölüb. Bu otel azı 250 nəfərin öldüyü hücumlarda hədəf alınan 6 otel və kilsədən biri olub.
Polis rəsmisi Twitter hesabında bildirib ki, sosial mediada ektremist çıxışları ilə tanınan Milli Touhid Camaat adlı lokal militant qrupunun lideri Məhəmməd Zəhran 9 intiharçı hücumdan birində ölüb.
Harda təlim keçiblər, kim yardım edib
Müstəntiqlərin bildirdiyinə görə, hücumçulara “Mohidin Ordusu” adlandırdıqları insan tərəfindən hərbi təlim keçilib, silah təlimi də ya xaricdə ya da Şri Lankanın şərqi vilayətində keçilib.
Polis həmçinin bildirib ki, hücumçular həqiqi şəxsiyyət vəsiqələrindən isitfadə edərək yerli idman zalında futbol oynayaraq məşq edib. Onlar hücumda istifadə olunan maşınların paytaxt Kolombo yaxınlığında yerləşən Kadavatada avtomobil dilerindən alındığını bildirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumla əlaqədar olaraq həbs olunan mis zavodunun operatoru Mohidinə əldəqayırma partlayıcı cihazlar hazırlamağa və Şri Lanka ordusunun tullantı mis kimi satdığı boş patronlar almağa yardım edib.
İslam dövləti qrupunun dəstəyi
Avstraliyanın baş naziri cümə deyib ki, Şri Lanka hücumçularının İslam Dövləti qrupu tərəfindən dəstəkləndiyi təsdiq olunub. İŞİD hücumun məsuliyyətini öz üzərinə alıb və Zəhranın və digərlərinin xilafətə sədaqətini ifadə edən video yayıb.
Şri Lanka prezidenti Maitripala Sirisena Kolomboda müxbirlərə deyib ki, ada ölkəsində təxminən 140 nəfərin İŞİD-lə əlaqəsi müəyyən edilib və Şri Lanka höküməti “İŞİD-in ölkədəki fəaliyyətinə tam nəzarət etmək imkanına” malikdir.
Sirisena cümə axşamı beynəlxalq kəşfiyyat idarələrinin hücumla bağlı məlumatını vaxtından öncə paylaşmadığına görə istefa verən müdafiə naziri və istefa verməyəcəyini söyləyən polis idarəsinin sədrini günahlandırıb.
Ölənlərin sayı kəskin azaldılıb
Cümə günü axşam saatlarında Şri Lankanın səhiyyə naziri hücumlarda ölənlərin sayını kəskin dəyişib. Onun açıqladığı bəyanatda bildirilib ki, hücumlar nəticəsində 253 nəfər həlak olub. Bu isə polisin təxmin etdiyi 359 nəfərdən azdır.
Say fərqinin səbəbi açıqlanmayıb.