Accessibility links

Hava hücumu nəticəsində 17 əfqan polisi həlak olub


Əfqanıstanın Helmənd vilayətinə xarici hava hücumları nəticəsində səhvən azı 17 hökümət qüvvəsi ölüb, 14 nəfər yaralanıb.

Adının açıqlanmasını istəməyən yerli təhlükəsizlik rəsmisi cümə günü Amerikanın Səsinə bildirib ki, ölümcül hücum polis qüvvələrinin Taliban qiymaçıları ilə mübarizə apardığı vilayət paytaxtı Ləşkər Gah yaxınlığında baş verib.

Helmənd vilayət şurasının başçısı Attaullah Əfqan Amerikanın Səsinə bildirib ki, ölənlər arasında avtomagistral polis batalyonun komandiri də var.

Əfqanıstanın daxili işlər naziri daha öncə yaydığı bəyanatda qarşıdurma nəticəsində azı səkkiz polis zabitinin öldüyünü, 11-nin yaralandığını bildirib və bu ölümlərə hava hücumları və ya qiyamçıların səbəb olduğunu müəyyən etmək üçün istintaqın aparıldığını qeyd edib.

Əfqanıstanın Helman vilayəti
Əfqanıstanın Helman vilayəti

Nazirlik bildirib ki, ABŞ-ın başçılıq etdiyi Qətiyyətli Dəstək adlı hərbi koalisiya əfqan tərəfdaşlarının Talibanın Nəhr-e-Sarac əyalətinə genişmiqyaslı hücumun qarşısını almaq üçün aparılan döyüşlərə yardım etmək tələbi ilə hava hücumu keçirib. Nazirlik həmçinin Əfqanıstan qüvvələrinin qiyamçılar arasında da ağır itkilərə səbəb olduğunu bildirib.

Talibanın sözçüsü Qari Yusaf Əhmədi bəyanatında iddia edir ki, döyüşçüləri Ləşkər Gahın qərbində polis bazasına hücum edəndən qısa müddət sonra bazaya Amerikanın hava hücumu olub və nəticədə 35 təhlükəsizlik işçisi ölüb. Əhmədi ölənlər arasında Əfqanıstan polisinin dörd yüksək rütbəli komandirin olduğunu bildirib.

Qiyamçı qrupun döyüşlərlə bağlı iddiaları çox vaxt şişirdilir.

Talibanın ötən həftələrdə artan hücumları nəticəsində təxminən 90 hökümət əsgəri və onlarla əfqan mülki vətəndaşı ölüb.

Taliban Əfqanıstanın Helmənd vilayətindəki bir çox əyalətə ya nəzarət edir ya da böyük nüfuza malikdir. Amerika ordusu ərazinin nəzarətini geri almaq uğrunda yerli qüvvələrini dəstəkləmək məqsədilə müntəzəm olaraq hava hücumları keçirir.

Son həftələrdə ölkə boyu qiyamçıların artan hücumları nəticəsində təxminən 90 hökümət əsgəri və onlarla əfqan mülki vətəndaşı ölüb. Taliban həmçinin cənubi Zabul vilayətindəki Şamulzayi əyaləti daxil olmaqla yeni əraziləri ələ keçirib.

Birləşmiş Ştatlar müharibəyə son qoymaq və qiyamçıları Əfqanıstan daxilində aparılan sülh dialoquna cəlb etmək məqsədilə Talibanla birbaşa danışıqlar aparır. Lakin Vaşinqton hələ ki, Əfqanıstanda illərdir davam edən döyüşlərə son qoymaq yolunda əhəmiyyətli irəliləyiş əldə etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG