Accessibility links

Rəsul Cəfərov: Əsas fəaliyyətimiz hüquq və azadlıqların daha yaxşı müdafiəsinə yardım etməkdir


Rəsul Cəfərov

Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin təsisçilərindən Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində yeni təşkilatın fəaliyyət istiqamətlərindən danışıb.

Amerikanın Səsi: Siz bu ilin mayında Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi (BİHK) təsis etmisiniz. Bu təşkilatın yaradılmasına səbəb nədir?

Ümid edirik ki, yaxın vaxtlarda qeydiyyatla bağlı müsbət bir xəbər çıxar.

Rəsul Cəfərov: Təşkilatın yaradılmasında iki əsas səbəbi qeyd edə bilərəm. Birinci səbəb ondan ibarətdir ki, artıq bir neçə aydır ki, çevrəmizdə Bakıda yerləşən həmkarlarla, hüquqşünaslarla, vəkillərlə müzakirə aparıb yeni bir fərqli yanaşma nümayiş etdirəcək təşkilatın yaradılması barədə qərara gəlmişik. Texniki səbəbi də, hardasa bu əsas səbəbi də tezləşdirməli olduq. Texniki səbəb ondan ibarətdir ki, mən könüllü olaraq vaxtilə 2010-cu ildə təsis etdiyim və sədri seçildiyim İnsan Hüquqları Klubu təşkilatını yenə də könüllü olaraq tərk etmək qərarına gəldim. Elə bil ki, həmin o texniki qərar, təsisçiliyi tərk etmək qərarı həm də mənə o əsası vermiş oldu ki, biz, bu, yeni təşkilatı daha tez şəkildə təsis edək və qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edək. Ümid edirik ki, yaxın vaxtlarda qeydiyyatla bağlı müsbət bir xəbər çıxar. Xəbər çıxmayacağı təqdirdə təəssüf ki, biz məhkəmələrə müraciət etməli olacayıq.

Amerikanın Səsi: Təşkilatınızın əsas fəaliyyət istiqamətləri necə olacaq?

Azərbaycanda çox təəssüf ki, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ciddi problemlər var.

Rəsul Cəfərov: Təşkilatımızın əsas istiqamət fəaliyyəti bəyan etdiyimiz kimi, nizamnaməmizdə də qeyd edilən kimi insan hüquq və azadlıqların daha yaxşı, səmərəli müdafiəsinə yardım etməkdən ibarətdir. Çünki Qeyri Hökümət Təşkilatları bir növ bu proseslərdə yardımçı, köməkçi rolunu oynayırlar. QHT olaraq bitərəf və müstəqil şəkildə öz peşəkar prinsiplərinə riayət edərək hansısa bir məsələlərin həll edilməsində öz töhvələrini verməlidirlər. Siz bilirsiniz ki, Azərbaycanda çox təəssüf ki, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ciddi problemlər var. İstər siyasi hüquqlar, istər sosial-iqtisadi hüquqlar, istər mədəni-humanitar istiqamətə ümumilikdə demokratikləşmə prosesində çətinliklər var. Biz hesab etdik ki, yeni yanaşma ilə, yeni fikirlərlə həmin bu qeyd etdiyim problemlərin həllinə öz tövhəmizi verək. Yəni, istənilən sahədə hüquq və pozuntularla bağlı bizə müraciətlər olacağı təqdirdə özümüzün müşahidələri nəticəsində ortaya çıxacaq problemlərin həlli üçün vətəndaş cəmiyyətinin edə biləcəyi metodlardan istifadə edərək onların həllinə öz töhvəmizi verməyi planlaşdırırıq.

Rəsul Cəfərov: Əsas fəaliyyətimiz hüquq və azadlıqların daha yaxşı müdafiəsinə yardım etməkdir
please wait

No media source currently available

0:00 0:08:01 0:00

Amerikanın Səsi: Ölkədə 2014-cü illə müqayisədə QHT-lərin durumunu necə xaraktrezə edərdiniz? Çünki hökumət son illərdə islahatların daha da dərinləşdiyini bildirir. Sizcə insan hüquqlarının qorunması, QHT sektorunun inkişafı baxımdan islahatlar varmı?

2014-cü ildə QHT-lərə açılmış cinayət işi qalır. Bağlanması ilə bağlı heç bir məlumat yoxdur.

Rəsul Cəfərov: Təəssüf ki, QHT sahəsində heç bir islahat yoxdur. 2013-cü ildən başlayan həmin o məhdudlaşdırıcı addımlar, tədbirlər, qanunvericilik dəyişiklikləri olduğu kimi qalır. 2014-cü ildə QHT-lərə açılmış cinayət işi qalır. Bağlanması ilə bağlı heç bir məlumat yoxdur. QHT-lərin qeydiyyatı ilə bağlı çətinliklər qalır. Çox yaxşı olar ki, qeydiyyat proseduru sadələşirilsin. Çünki indiki qanunvericiliyin tələbləri əsassız şəkildə sərtdir. Yəni, uzun müddət aparılır, heç də zəruri olmayan sənədlər istənilir. Əsas problemin digər tərəfi də donorlarla münasibət, maliyyələşmə, qrant, ianə məsələləridir. Bu da çox ciddi şəkildə məhdudlaşdırılıb. Biri var məsuliyyətin artırılması, bu ayrı məsələ. Bir də var ki, əsassız olaraq məhdudlaşdırılma. Təəssüf ki, bu qeyd etdiyim məsələlərə görə nə qeydiyyat, nə qrantların alınması, nə QHT-lərə münasibət, nə dövlətlə, hakimiyyətlə QHT-lər arasında real dialoq və s. istiqamətlərin heç birində biz hələ ki addım görmürük. Baxmayaraq ki, bəzi ümidlər yaranmışdı, hələ də var. Ümidlər sonda ölür. Billirsiniz ki, prezident bir neçə ay bundan əvvəl açıq cəmiyyət platformasının təşfiqi ilə bağlı bir fərman imzalayıb. Orada tədbirlər planları var. Və tədbirlər planında ikisi həmin dediyim bu məsələləri əhatə edir. Yəni QHT-lərin qeydiyyatı və maliyyələşdirilməsi. Və bu tamamilə normal bir şeydir. Çünki çox zaman belə bir məsələ qalıdırılır ki, xaricdən maliyyələşmə nədir, qrantlar nədir və s. Bu normal bir haldır. Dünyanın istənilən ölkəsində QHT qrant hesabına maliyyələşir. Bəli, o şəffaflığını və hesabatlılığını saxlamalıdır. Məncə Azərbaycanda heç bir QHT bunun əleyhinə deyil, ola da bilməz və normalda olmamalıdır. Hesabatlılıq məlumatları qanunvericilikdə öz əksini tapa bilər. Onlar hətta müəyyən mənada sərt də ola bilər. Bununla bağlı mən hesab etmirəm ki, problem olacaq.

Amerikanın Səsi: Belə bir şəraitdə sizin təşkilat işləməyə hazırdırmı?

Rəsul Cəfərov: Bizim hüquqlarımızı məhdudlaşdırmır axı. Sərbəst birləşmək azadlığımız var. Bu fundamental azadlıqlardır. Konstitusiyada öz əksini tapmış azadlıqldır. Vəziyyətin bu cür olması bizim azadlığımızdan istifadə hüququmuzu əlimizdən almır. Biz də hesab elədik ki, bu vəziyyətə görə unutmaqdansa, əksinə ondan istifadə edib bir az da höküməti dəvət etmək olar ki, buyurun, bu da yeni təşkilat, yeni yanaşma, yeni münasibət və s . Baxaq görək digər mövcud problemlər necə həll olunacaq.

XS
SM
MD
LG