Accessibility links

Rəsul Cəfərov: Hakimiyyət siyasi iradə formalaşdıraraq seçkilərin ədalətli keçirilməsi üçün şərait yaratmalıdır


Rəsul Cəfərov (Photo by: Parvana Bayramova)
Rəsul Cəfərov (Photo by: Parvana Bayramova)

İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində parlament seçkilərində siyasi hüquqların reallaşdırılmasından danışıb.

Amerikanın Səsi: Azərbaycanda keçirilən parlament seçkilərinə insanların siyasi hüquq və azadlıqlarının reallaşdırılması üçün bir imkan kimi baxmaq olarmı?

İddia edə bilmərəm ki, seçki ilə bağlı bütün hüquq və azadlıqlardan insanlar rahat şəkildə istifadə edə bildilər.

Rəsul Cəfərov: Bu suala cavab ondan ibarətdir ki, təəssüf ki, seçki təkcə səsvermə günündən ibarət deyil. Daha əvvəlcədən olan prosesləri əhatə edir. Təəssüf ki, istər ifadə azadlığı olsun, istər birləşmə azadlığı olsun, istər sərbəst toplaşma azadlığı olsun, hansı ki, həm seçki üçün, ümumilikdə siyasi proses üçün olduqca əhəmiyyətlidir. Kifayət qədər məhdudlaşdırıcı bir vəziyyətdədir. Bu baxımdan çıxış edəndə mən iddia edə bilmərəm ki, seçki ilə bağlı bütün hüquq və azadlıqlardan insanlar rahat şəkildə istifadə edə bildilər. Bu ilki növbədənkənar parlament seçkilərinəd insanlar əvvəlki illərdəki seçkilərlə müqayisədə namizədlərin qeydiyyatı ilə bağlı və qeydiyyatdan sonra təbliğat-təşviqatla bağlı az məhdudiyyətlərə məruz qaldılar. Bu baxımdan suala cavabımın bu hissəsində müsbət yanaşmaq olar. Bildirmək istəyirəm ki, əvvəlki parlament seçkiləri ilə müqayisədə istər namizədlərin qeydiyyatı, qeydiyyatdadan sonra təşviqat dövründə daha rahat oldu. Amma ümumilikdə dediyim kimi bu hüquqlar daha əvvəlcədən fundamental olaraq qorunmalıdır.

Rəsul Cəfərov:Hakimiyyət özündə siyasi iradə formalaşdıraraq seçkilərin azad, ədalətli keçirilməsi üçün şərait yaratmalıdır
please wait

No media source currently available

0:00 0:06:37 0:00

Amerikanın Səsi: Sizcə seçki qanunvericiliyi ölkə vətəndaşlarının siyasi proselərdə hərtərəfli iştirakı üçün imkanlar verdimi? Real şərait necədir? Sizcə qanunvericilik normalarına əməl edilirmi?

Təbliğat üçün cəmi 21 gün absurddur.

Rəsul Cəfərov: Seçki qanunvericiliyi ideal qanunvericilik deyil. Kifayət qədər boşluqlar var. Hansılar ki, aradan qaldırılmalıdır. Bu qanunvericiliyin dəyişdirilməsi, problemlərin aradan qaldırılması əlbəttə ki, seçkilərn daha yaxşı keçirilməsi ilə nəticələnəcək. Eyni zamanda mövcud qanunvericiliyi də birmənalı olaraq seçkilərin keçirilməsinə imkan yaratmayan bir qanunvericilik kimi qeyd etmək olmaz. Çünki namizədlərin qeydiyyatı, müşahidələrin aparılması ilə bağlı əsas prinsipləri özündə ehtiva etməsi baxımından qanunvericilik kifayət qədər normal hesab oluna bilər. Amma qeyd etdiyim o çətinliklər, məsələn, təbliğat-təşviqat dövrünün qısa olması, bu qanunvericilikə tənzimlənir. Bu yolverilməzdir. Çünki cəmi 21 gün absurddur. Daha geniş olmalıdır. Komissiyaların təşkili ilə bağlı olan hissədə qanunvericiliyin dəyişdirilməsinə ehtiyac var. Bunlar dəyişdirilsə o zaman deyə bilərik ki, qanunvericilik tam şəkildə seçki hüquqlarından istifadə şəraiti yaradır. İndi qisməndir. Amma, tam olması üçün dəyişikliyə ehtiyac var.

Amerikanın Səsi: ATƏT-in DTİHB-nin müşahidə missiyası müşahidə apardıqları seçki məntəqlərinin 70 faizində pozuntuların olduğunu bildirir. Siz necə düşünürsünüz, bu hesabat reallığı əks etdirirmi?

Seçkilərin təşkilində çox ciddi çatışmazlıqlar var

Rəsul Cəfərov: ATƏT-in müşahidə missiyası dünyanın ən mötəbər müşahidə missiyasından biri hesab olunur. Nəinki Azərbaycandakı seçkilər üzrə, ümumiyyətlə ATƏT-in digər üzv ölkələri üzrə də bu müşahidə missiyaları təşkil olunur. Onların hesabatına inanmamaq üçün heç bir ciddi əsas yoxdur. Paralel olaraq da, yerli müşahidəçilərin apardıqları müşahidələr sosial şəbəkələrdə yayımlanan görüntülər onu deməyə əsas verir ki, həqiqətən də seçki məntəqələrində çox ciddi problemlər olub. Əslində MSK öz qərarı ilə 4 dairənin nəticələri tamamilə ləğv eləyib və digər çoxsaylı dairələrdə də çoxsaylı məntəqələrin ləğv edilməsi ilə bağlı qərarlar var. Bu həm də onun göstəricisidir ki, seçkilərin təşkilində çox ciddi çatışmazlıqlar var. Onlar aradan qalxmalıdır. ATƏT-in müşahidə missiyasının gəldiyi nəticələrin düz olmaması üçün, səhv olmasını hesab etmək üçün ortada heç bir əsas yoxdur.

Amerikanın Səsi: Hökumət ölkədə seçki hüququnun təminatı istiqamətində hansı addımlar atmalıdır?

ATƏT-in müşahidə missiyaları seçkilərin texniki təşkilindən tutmuş şikayətlərin araşdırlmasına qədər çoxsaylı tövsiyyələr verib. Həmin tövsiyyələrə əməl edilməlidir.

Rəsul Cəfərov: Bir nömrəli addım təbii ki, siyasi iradə nümayiş etdirilməldir. Çünki istənilən siyasi proses, o cümlədən də seçkilər təkcə hakimiyyətin iştirakını tələb etmir. Digər faktorların da iştirakı çox vacibdir. Amma, hakimiyyətin siyasi iradəsini tələb edir. İlk növbədə mən hesab edirəm ki, hakimiyyət nəhayət özündə siyasi iradə formalaşdıraraq seçkilərin azad, ədalətli, demokratik keçirilməsi üçün şərait yaratmalıdır. Bunu sözdə yox, əməldə nümayiş etdirməlidir. İkinci məsələ, seçki qanunvericiliyinə dəyişikliklər edilməldir. Artıq biz bu barədə danışdıq. Boşluqlar mövcuddur, onlar qanunvericilik olaraq dəyişdirilməlidir. Bu da hakimiyyətin əlindədir. Yeni formalaşmış parlamentdəki çoxluq yenə də hakim partiyanın əlində qaldı. Ona görə də burada da məsuliyyət hökümətin üzərinə düşür. Qanunvericiliklə bağlı çoxsaylı tövsiyyələr var, hansı ki, Venesiya komissiyası verib. Sonradan ATƏT-in müşahidə missiyaları seçkilərin texniki təşkilindən tutmuş şikayətlərin araşdırlmasına qədər çoxsaylı tövsiyyələr verib. Həmin tövsiyyələrə də əməl edilməlidir. Bu addımlar ardıcılıqla və yaxud birlikdə atılsa indikindən və daha əvvəlkilərdən qat-qat daha demokratik, şəffaf, ədalətli, azad seçkilər keçirmək mümkün olar.

XS
SM
MD
LG