Accessibility links

Rəsul Cəfərov: İnzibati həbsin adekvat olmayan cəza kimi tətbiqini müşahidə edirik


Rəsul Cəfərov (Photo by: Parvana Bayramova)
Rəsul Cəfərov (Photo by: Parvana Bayramova)

Son günlər koronavirus pandemiyası səbəbindən Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı cəmiyyətdə müxtəlif müzakirələr aparılır. Bəzi müxalif qüvvələr və bir sıra hüquq müdafiəçiləri hesab edirlər ki, hakimiyyət bundan tənqidi fikirləri boğmaq üçün istifadə edir. Buna səbəb kimi bir neçə müxalifətçi və ictimai fəalın inzibati qaydada həbs edilməsini göstəriblər.

Daxili İşlər Nazirliyi vurğulayır ki, belə iddiaların heç bir əsası yoxdur və bu cür fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyil.

İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində karantin dövründə tətbiq edilən cəzalardan danışıb. Amerikanın Səsi: Kаrantin dövrünün hərəkət məhdudiyyətləri nə dərəcədə Konstitusiyaya uyğundur?

Rəsul Cəfərov: Karantinlə bağlı məhdudiyyətlər konstitusion və qanunun aliliyi prinsipləri prizmasından götürsək həmin prinsiplərə uyğun deyil. Burada söhbət tədbirlərin tətbiq edilib-edilməməsindən getmir, bu pandemik şəraitdə dövlət vətəndaşların sağlamlığını qorumaq üçün addımlar atmalıdır. Sadəcə olaraq bu məhdudiyyətləri və addımları prosedural olaraq daha düzgün təşkil etmək olardı.

Amerikanın Səsi: Karantin dövründə cəzaların növlərini insan hüquqları baxımından necə qiymətləndirirsiniz ?

Biz müəyyən hallarda inzibati həbsin adekvat olmayan cəza kimi tətbiqini müşahidə edirik.

Rəsul Cəfərov: Cərimə və inzibati qaydada həbs İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulduğundan onların tətbiqi prinsip etibarilə problem deyil. Problem cəzaların tətbiqində fərqli yanaşmalardır, belə ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində də açıq mətnlə qedy edilib ki, inzibati qaydada həbs xətanın xüsusiyyətlərindən, xətanı törədən şəxsin şəxsiyyətindən asılı olaraq tətbiq edilir. Biz müəyyən hallarda inzibati həbsin adekvat olmayan cəza kimi tətbiqini müşahidə edirik.

Amerikanın Səsi: İnsanların işləmədiyi dövrdə, qazancı olmayan vaxtda onlara maddi cəzalar tətbiq eləmək nə dərəcədə ədalətlidir?

Rəsul Cəfərov: Cərimə inzibati xəta törədən şəxs üçün nəzərdə tutulmuş cəzadır, burada problem yoxdur. Problem o zaman yaranır ki, bu cəza adekvat olmayan hallarda, ədalətsiz formada tətbiq edilir.

Amerikanın Səsi: İnsanların sosial izolyasiyasının tətbiq edildiyi vaxtda və onların məcbur edildiyi şəraitdə rejimi pozanları inzibati həbsə göndərmək və oradan başqa şəxslərlə sosial kontakta olmaları məntiqlidirmi?

Rəsul Cəfərov: Çalışılmalıdır ki, inzibati həbs çox ciddi hallarda, pozuntular baş verdikdə tətbiq edilsin. Strict scrutiny (ciddi nəzarət-red) deyilən bir prinsip var, ciddi nəzarət prinsipi, işlərə baxarkən bu prinsip tətbiq edilməli, yalnız xüsusi zərurət olduğu halda inzibati həbs cəzası tətbiq edilməlidir. Eyni zamanda saxlanma yerlərində epidemik şəraitə uyğun olaraq yoluxmanın qarşısını alan profilaktik addımlar atılmalıdır.

XS
SM
MD
LG