Accessibility links

Rəfaha ölümcül zərbələr endirilib


Qəzzanın sərhədində həddən artıq izdihamlı Rəfah şəhərinə şənbə günü səhər saatlarında ölümcül zərbələr endirilib. Nə qədər insanın öldüyü və ya yaralandığı barədə hələ ki, məlumat verilməyib.

Bu arada isə HƏMAS-ın idarə etdiyi Qəzza səhiyyə nazirliyi şənbə günü bildirib ki, HƏMAS-ın oktybarın 7-də İsrailə hücumundan bəri Qəzzada ən azı 27 131 nəfər ölüb, 66 287 nəfər yaralanıb.

Birləşmiş Ərəb Əmirlikləri BMT-nin fələstinli qaçqınlar üzrə agentliyinə 5 milyon dollar ayırıb. Bəzi ölkələr BMT-nin fələstinli qaçqınlar üzrə agentliyinin 12 işçisinin oktyabrın 7-də baş verən hücumda iştirak etdiklərinə dair xəbərlər üzə çıxandan sonra agentliyə ianələrini dayandırıb.

Cümə günü Qəzza zolağında döyüşlər davam edib. Agence Franse-Press məlumat verir ki, ərazidəki səhiyyə rəsmiləri gecə ərzində 105 nəfərin öldürüldüyünü bildirir. Xəbər agentliyi HƏMAS-n mətbuat xidmətinə istinadən bildirir ki, İsrailin hava və artilleriya zərbələri Qəzzanın Xan Yunis şəhərini hədəf alıb.

Reuters cümə günü bildirib ki, İsrail qüvvələri İsrail Xan Yunisə hücuma başlayandan bəri yüz minlərlə fələstinlinin qaçdığı Qəzzanın cənubundakı Rəfah şəhərinin ətrafına zərbələr endirib.

Cümə günü Cenevrədə mətbuat brifinqində çıxış edən BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisinin sözçüsü Yens Larke Xan Yunisdə döyüşlərin eskalasiyası və nəticədə Rəfaha qaçan insan sayının artması ilə bağlı dərin narahatlığını ifadə edib.

Larke müxbirlərə deyib ki, son günlərdə minlərlə fələstinli onsuz da Qəzzanın 2.3 milyon əhalisinin yarısından çoxuna ev sahiliyi edən Rəfaha qaçıb.

“Çoxu müvəqqəti hazırlanan quruluşlarda, çadırlarda və ya açıq havada yaşayır,” Larke cümə günü müxbirlərə deyib. Rəfah ümidsizliyin ocağıdır və biz bundan sonra olacaqlardan qorxuruq.”

Larke deyib ki, BMT agentlikləri və onların səhiyyə təfərdaşları arasında ən böyük qorxu xəstəliklərdir. O, kifayət qədər ərzaq, təmiz içməli su və ya sığınacağın olmadığını deyir.

Cümə gene eyni mətbuat brifiqndə Ümumdünya Səhiyyə Təşkilatının işğal altında olan fələstinli ərazilər üzrə nümayəndəsi Rik Piperkorn deyib ki, Qəzzada tibbi müalicə üçün Misri və ya başqa yerə göndərilməli olan ən azı 8 min kritik xəsarət alan və ya xəstə insan var.

Mümkün atəşkəs

Bundan əlavə cümə günü HƏMAS liderləri Misir, Qətər və ABŞ vasitəçilərinin bu həftənin əvvəlində Parisdə əldə etdikləri və İsrailin təsdiqlədiyi atəşkəs razılığı ilə bağlı təklifi aldıqlarını və yaxında ona cavab verəcəyinə işarə ediblər.

AFP xəbər verir ki, təkildə üç mərhələdən ibarət plan daxildir ki, o, ilk olaraq döyüşlərə altı həftəlik fasilə və Qəzzaya daha çox yardımın çatdırılması ilə başlayacaq.

Qətərin baş naziri Məhəməməd Əl-Tani cümə günü BMT-ni ziyarət edərək, baş katib Antonio Quterreşlə görüşüb. Bundan bir gün öncə isə o, Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşlər keçirib.

“Bu, baş katibin Qətər rəhbərliyi ilə davam edən məsləhətləşmələrin bir hissəsidir,” BMT-nin sözçüsü Stefan Dujjarik müxbirlərə deyib. “Baş nazir burada idi. Təəccüblü deyil ki, onlar döyüşlərə son qoymaq, girovların azad buraxılmasını və humanitar əməliyyatlara dəstəyi təmin etmək üçün aparılan səyləri müzakirə edib.”

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild cümə günü müxbirlərə deyib ki, üzərində danışıqların aparıldığı razılıq “güclü, cəlbedici təklifdir,” və o, BMT-nin Təhlükəsizlik Şurasını HƏMAS-a onu qəbul etməsi üçün təzyiqi artırmağa çağırıb.

ABŞ-ın mövqeyi dəyişir

Cümə günü The Associated Press-NORC İctimaiyyətlə Əlaqələr üzrə Araşdırma Mərkəzinin apardığı rəy sorğusunun nəticəsi göstərib ki, ABŞ-da yetkinlərin 50 faizi düşünür ki, İsrailin Qəzzada HƏMAS-a qarşı apardığı kampaniya “həddindən artıq irəli gedib.” Bu, müharibə başlayandan qısa müddət sonra noyabrda aparılan bəznər rəy sorğusu nəticələri ilə müqayisədə 40 fazi artım deməkdir

Forum

XS
SM
MD
LG