Accessibility links

Avropa İttifaqı İsraili Rəfahda əməliyyatı dayandırmağa çağırıb


Avropa İttifaqı (Aİ) İsraili Qəzzanın cənubundakı Rəfah şəhərindəki hərbi müdaxiləsini dərhal dayandırmağa çağırıb və əməliyyatın humanitar yardım tədbirlərini pozduğunu, daha çox köçkünlüyə, aclıq və insan iztirabına səbəb olduğunu bildirib.

Avropa İttifaqının xarici siyasət üzrə komissarı Cosep Borrellin bəyanatında İsrailin özünü müdafiə etmək hüququnun olduğu, lakin İsrailin beynəlxalq qanunlara riayət etməli və mülki əhalini qorumalı olduğu qeyd edilib.

"Avropa İttifaqı İsraili Qəzzada onsuz da ağır olan humanitar vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə və Rəfah keçid məntəqəsini yenidən açmağa çağırır. İsrail Rafahdakı hərbi əməliyyatını davam etdirərsə, bu, istər-istəməz Avropa İttifaqının İsraillə münasibətlərinə ağır zərbə vuracaq" - deyə, Borrell bildirib.

Borrell həmçinin HƏMAS-ı Qəzzada saxladığı bütün girovları qeyd-şərtsiz azad etməyə çağırıb.

İsrail ordusu çərşənbə günü bildirib ki, onun qüvvələri keçən gün ərzində Qəzza zolağında təxminən 80 hədəfə hava zərbələri endirib, quru bölmələri isə Rəfahın şərq hissəsində döyüşüb.

İsrailin militant qrupun bölgədəki infrastrukturunu məhv ertdiyini deməsindən dörd ay sonra ordusunun Qəzzanın şimalındakı bir neçə bölgədə HƏMAS-la döyüşdüyünü bildirib.

BMT-nin baş katibi Antonio Quterresin çərşənbə axşamı bildirdiyinə görə, İsrail Müdafiə Qüvvələrinin Rəfah və onun ətrafında hərbi fəaliyyətini gücləndirməsindən bəri təxminən 450 min fələstinlinin ərazidən məcburi köçməsindən "dəhşət" hissi keçirir.

Quterreşin sözçünün müavini Fərhan Haq Birləşmiş Millətlər Təşkilatının baş qərargahında jurnalistlərə "Bu hadisələr humanitar yardımın əldə edilməsinə daha çox mane olur və onsuz da ağır vəziyyəti ağırlaşdırır. Eyni zamanda HƏMAS fərq qoymadan raket atmağa davam edir. Rafahda və Qəzzənin başqa yerlərində mülki əhaliyə hər zaman hörmət edilməli və qorunmalıdır" deyib.

Son bir həftə ərzində İsrail hərbçiləri Rəfahda bombardmanları və digər əməliyyatları gücləndirərək, əhaliyə şəhərin bəzi hissələrini boşaltmağı əmr edib. İsrail Qəzzanın Misirlə sərhədində militantların infrastrukturunu məhv etmək üçün məhdud əməliyyat həyata keçirdiyini bəyan edib.

Haq "hazırda Qəzzada heç bir yer təhlükəsiz deyil" deyib və BMT baş katibi təcili humanitar atəşkəs və bütün girovların azad edilməsi çağırışını təkrarlayıb.

"O, Rəfah keçidinin dərhal açılmasını və Qəzzaya humanitar yardımların maneəsiz daxil olmasını tələb edir" - deyə, Haq əlavə edib.

Birləşmiş Ştatlar, Birləşmiş Millətlər Təşkilatı və digər ölkələr Rəfahdakı humanitar fəlakətlə bağlı xəbərdarlıq edərək, İsraili genişmiqyaslı hücumdan çəkinməyə çağırıb. Lakin İsrail liderləri HƏMAS-ı təhdid kimi aradan qaldırmaq üçün hücumun gərək olduğunu deyir.

Forum

XS
SM
MD
LG