Accessibility links

Rahim Sadıqbəyli: Diaspor fəaliyyətlərinə görə güneyli soydaşlarımıza minnətdar olmalıyıq [Audio-Müsahibə]


Rahim Sadıqbəyli

Rahim Sadıqbəylinin fikrincə, Azərbaycan diaspor icmaları Avropadakı digər cəmiyyətlər, o cümlədən İranlı mühacirlərin təşkil etdiyi tədbirlərə qatılıb və orada öz mədəniyyətlərini sərgiləməlidirlər. Amerikanın Səsinə danışan jurnalistin dediklərinə görə, son illərdə İran Azərbaycanı və Azərbaycan Respublikasından olan mühacirlərin diaspor fəaliyyətləri zəifləməkdədir.

Əslən Azərbaycan Respublikasından olan İsveç sakininin sözlərinə görə, 2000-ci illərə qədər Avropa ölkələrində Azərbaycan adına fəaliyyət göstərən diaspor cəmiyyətləri əsasən İran Azərbaycanından olublar.

“Biz diaspor fəaliyyətlərinə görə Güney Azərbaycandan olan soydaşlarımıza minnətdar olmalıyıq. Çünki, bizim buraya köçdüyümüz əsasən 2000-ci illərdən sonra başlayıb. Biz burada olmayan zamanlarda onlar Azərbaycanın faciəvi törənləri ya bayramlarını çox gözəl qeyd ediblər,” o söyləyir.

Təəsüflər olsun ki, son zamanlar diaspor fəaliyyəti burada arxa plana keçib. Yəni biz burada çoxala çoxala bəzən fikirlərimiz üst-üstə gəlmir. Siyasi çəkişmələr buna səbəb olur... Məncə siyasi məsələlərlə işimizi qabağa apara bilmərik. Biz mədəniyyətlə bir araya gələ bilərik.
Rahim Sadıqbəyli

Sadıqbəyli əlavə edir, “təəsüflər olsun ki, son zamanlar diaspor fəaliyyəti burada arxa plana keçib. Yəni biz burada çoxala çoxala bəzən fikirlərimiz üst-üstə gəlmir. Siyasi çəkişmələr buna səbəb olur... Məncə siyasi məsələlərlə işimizi qabağa apara bilmərik. Biz mədəniyyətlə bir araya gələ bilərik.”

İran diasporu tərəfindən keçirilən Novruz festivalları və Qərb ölkələri rəsmilərinin Novruz təbriki mesajlarında yer alan “Persian New Year” ifadəsi həmin ölkələrdə yaşayan qeyri-fars mədəni fəalların etirazına səbəb olur.

O cümlədən, keçən həftə Amerikanın Səsinə müsahibə verən güneyli diaspor fəalı Əfsanə Sulduzlu İran diaspor cəmiyyətləri tərəfindən keçirilən bayram festivallarında “irqçilik izlərinin gözə çarpdığını” dilə gətirdi.

Lakin, Rahim Sadıqbəylinin bu barədə düşüncələri fərqlidir. Onun fikrincə, Azərbaycan diaspor fəalları İran diaspor cəmiyyətlərinin təşkil etdiyi izdihamlı bayram festivallarına qatılmaqdan imtina etməyib və onlardan yararlanmalıdırlar.

O, fərqli etnik cəmiyyətlərə mənsub olub və fərqli ölkələrdən gələn mühacirlərin əslində “mühacir olmaq” nöqtəsində birləşdiklərini ifadə edir.

XS
SM
MD
LG