Accessibility links

Nyu-York və Nyu-Cersidə bomba hücumları həyata keçirən şəxsə ömürlük həbs cəzası verildi


Nyu-York və Nyu-Cersidə bomba hücumları həyata keçirərək, 30 nəfərin yaralanmasına səbəb olan şəxs ömrünün qalan hissəsini həbsxanada keçirəcək.

Hakim Nyu-Cersidə yaşayan və 2016-cı ilin sentyabrında hücumlar həyata keçirən 30 yaşlı Əhməd Xan Rəhimiyə qarşı hökmü çərşənbə axşamı çıxarıb.

Hökm oxunarkən bomba hücumu qurbanlarından bəziləri məhkəmə zalında olub. “Mən həyəcan hissi keçirirəm. Mən hər gün hansısa pis hadisənin baş verəcəyini düşünürəm və bu məni narahat edir. Mən güvənimi itirmişəm. Mən qorxu içərisində yaşayıram” deyə, bomba hücumu zamanı yaralanan Tsitsi Merrit bildirir.

Əfqanıstanda doğulan, Birləşmiş Ştatlar vətəndaşı Əhməd Xan Rəhimi Nyu-Cersidə polisin onun əlində İslamçı terrorçuları tərifləyən və zorakılığı təbliğ edən jurnalı gördükdən sonra başlayan atışma zamanı həbs edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG