Accessibility links

Azərbaycan İsrailin Barak-8 raket sistemini uğurla sınaqdan çıxarıb [Video]


Müdafiə naziri raket atışında
Müdafiə naziri raket atışında

Azərbaycanın sifarişinə 12 raketburaxma qurğusu və 75 raket daxildir

Azərbaycan uzaq məsafəli Barak-8 Raket Əleyhinə Müdafiə sistemini (“yer-hava”) uğurla sınaqdan çıxarıb.

Jewishpress.com saytının İsrailin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan İsrailə uzaq məsafəli operativ raket sisteminin yerüstü versiyasını sifariş edib. Sifarişə ümumilikdə 12 raketburaxma qurğusu və 75 raket daxilir. Sistem dərə-təpə ərazidə MAZ 6x6 yük avtomobilinin şassisinə birləşdirilib.

Barak 8 Israel Aerospace Industries (IAI), ELTA Systems, Rafal və digər şirkətlər tərəfindən işlənib hazırlanıb.

Barak 8 raket əleyhinə müdafiə sistemi hava təhlükələrindən, o cümlədən təyyarələrdən, helikopterlərdən, qanadlı raketlərdən və pilotsuz uçan aparatlardan müdafiə üçün nəzərdə tutulub. Raketlər 70-90 kilometrədək məsafədən təyyarələri vurmaq iqtidarındadır.

XS
SM
MD
LG