Florida ştatında məhəllədə patrul çəkərkən Treyvon Martin adlı qaradərili oğlanı öldürmüş Corc Zimmermanın hərəkətini andlılar məhkəməsi özünümüdafiə kimi tanıyıb. Məhkəmə hökmü ABŞ-da irqlərarası münasibətlərdə gərginlik yaradıb. Bəzi afro-amerikalılar Treyvon Martinin məhz qaradərili olduğu üçün qətlə yetirildiyini və məhkəmənin ədalətli qərar çıxarmadığını düşünr.
Zimmermana oxunan hökm sərt reaksiyalarla qarşılanır

1
Atlanta şəhərində 12 yaşlı Jaylen Reese məhkəmə hökmünə qarşı keçiilən etiraz aksiyasında iştirak edir. Atlanta, Corciya, 15 iyul, 2013.

2
Baltimorda məhkəmənin Zimmermana bəraət qazandırmasına etiraz edilir. Baltimor, Merilend, 15 iyul, 2013.

3
Los Ancelesdə magistral yolu bağlamağa çalışan nümayişçilər polislə üz-üzə gəlir. Los Anceles, Kaliforniya 14 iyul, 2013.

4
Nyu Yorkun İttifaq meydanında qadın Treyvon Martin üçün ədalət tələbi ilə şüar qışqırır. Nyu York, 14 iyul, 2013.