Accessibility links

Vaşinqtonda Qubad İbadoğluna azadlıq tələbi ilə aksiya keçirilib


Sentyabrın 12-də Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərində hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri (ADR) Qubad İbadoğlunun azadlığa buraxılması tələbi ilə aksiya keçirilib. Qubad İbadoğlunun 52 yaşının tamam olması münasibətilə dünya boyu 52 şəhərdə aksiyalar planlaşdırılıb.

Paytaxt Vaşinqtonda Ağ Ev qarşısında toplaşan bir qrup fəal, o cümlədən Qubad İbadoğlunun ABŞ-da təhsil alan oğlu Emin Bayramlı, iqtisadçı alimin dərhal azadlığa buraxılmasını tələb edib.

Vaşintonda Qubad İbadoğluna azadlıq tələbi ilə aksiya keçirilib
Vaşintonda Qubad İbadoğluna azadlıq tələbi ilə aksiya keçirilib

Vaşinqtonda keçirilən etiraz aksiyasının təşkilatçısı Murad Quliyev Amerikanın Səsinə bildirib ki, onların məqsədi fərqli insanlar, beynəlxalq təşkilatlar və ələlxüsus da Ağ Evin bu məsələdən xəbərdar olmasını təmin etməkdir.

O, aksiyaların bundan sonra da davam edəcəyini deyib.

“Buradan birbaşa Azərbaycan hökumətinə müraciət etmək istəyirəm ki, biz aksiyaları davam etdirəcəyik. Qubad bəy azad olmayanadək bu aksiyalar durmayacaq,” o deyib.

Murad Quliyev Amerikanın Səsin etiraz aksiyasının bəyanatını təqdim edib. Həmin bəyanatda aksiyanın “Azərbaycanda avtoritar rejimin cəmiyyətə qarşı inzibati zorakılığına qarşı iradəmizin” ifadəsi kimi keçirildiyi bildirilir.

“Bu insanlar Azərbaycanda demokratiya və azadlıqlar tələb etdiklərinə görə, birləşmə hüququndan istifadə etdiklərinə görə, söz azadlığını cəmiyyətin təməl hüququ saydıqlarına görə həbs ediliblər,” bəyanatda deyilir.

Bəyanatda xarici hökumətlər və beynəlxaq təşkilatlardan Azərbaycanda demokratiya uğrunda mübarizə aparanlara adekvat münasibət tələb olunub.

“Biz ABŞ hökumətindən, Avropa Birliyindən, eləcə də beynəlxalq insan haqları təşkilatından professor Qubad İbadoğlunun və Azərbaycandakı bütün siyasi dustaqların taleyinə biganə yanaşmamağı tələb edirik.”

Aksiyada iştirak edən Qubad İbadoğlunun oğlu Emin Bayramlı Amerikanın Səsinə bu aksiyaların sentyabrın 12-dən oktyabrın 12-dək dünya boyu 52 şəhərdə davam edəcəyini deyərək, atasının dərhal azadlığa buraxılmasına çağırıb.

Vaşintonda Qubad İbadoğluna azadlıq tələbi ilə aksiya keçirilib
Vaşintonda Qubad İbadoğluna azadlıq tələbi ilə aksiya keçirilib

“Azərbaycan hökuməti atamı siyasi motivasiyalarla həbsə atıb və biz ona azadlıq tələb edirik,” o deyib.

Aksiya iştirakçıları Qubad İbaoğlu ilə yanaşı Azərbaycanda həbsdə olan və hüquq qrupları tərəfindən siyasi məhbus kimi tanınan digərlərinin də, o cümlədən Bəktiyar Hacıyev və Aqil Hümbətovun azadlığa buraxılmasına çağıran plakatlar nümayiş etdiriblər.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. Qubad İbadoğlunu işi bu həftə Avropa Parlamentində də müzakirəyə çıxarılacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG