Accessibility links

Dünya müsəlmanları Ramazan bayramını qeyd edir


Dünya boyu milyonlarla müsəlman bu gün Ramazan bayramını qeyd edir. İndoneziya və Misir kimi ölkələrdə Ramazan bayramı günü şən əhvali-ruhiyyə ilə qeyd edildiyi bir vaxt, Qəzza Zolağı və Malaziyada bu gün kədərli bir gündür.

Yüzlərlə insan Kuala-Lampurda məscidə toplaşaraq, mart ayında Pekinə uçarkən yoxa çıxan və bu ayın əvvəlində Ukraynanın şərqində vurulan təyyarələrdə həlak olanların ruhuna dua oxuyub.

Qəzzada isə İsrailin hava hücumlarına ara verildiyi zaman müsəlmanlar üç həftədir davam edən hərbi kampaniya zamanı həlak olan mindən çox insanın ruhuna dua edib.

XS
SM
MD
LG