Accessibility links

Müsəlmanlar Ramazan ayını ikinci dəfədir məhdudiyyətlərlə keçirir


Bu il bir çox müsəlman Ramazan ayının müqəddəs ayini - təravih adlı gecə namazını qılmaq üçün məscidlərə qayıtmaq arzusu ilə yaşayır.

Keçən il koronavirus İslamın ən müqəddəs ayında ənənəvi olaraq bu namazları qılmaq üçün məscidə getmə qaydalarını alt-üst etmişdi.

Pandemiya son Ramazan ayında Misir də daxil olmaqla, bir çox ölkədə məscidlər ibadətçilər üçün bağlanmasına səbəb olub. Misir o vaxtdan bəri əksər məscidlərin cümə namazı üçün yenidən açılmasına icazə verib. Ramazan ayında namaz müddətinin qısaldılması kimi ehtiyat tədbirləri ilə təravih namazlarına icazə verilib.

Bu həftə Ramazan dünyanın əksər bölgələrində yeni bir koronavirus dalğasının yayıldığı vaxt başlayıb.

Misir
Misir

Məhdudiyyətlərlə hərəkət edən bir çox müsəlman üçün bu, fərqli ölkələrdə qaydalar dəyişsə də, infeksiya nisbətlərinin artması ilə keçən ilə nisbətən daha yaxşı bir Ramazan ayı olacağına ümid verir.

Oruc, ibadət və sədəqə ayı olan Ramazan həm də insanların adətən namaz qılmaq, oruclarını açmaq üçün şənlik yeməkləri ətrafında toplaşdıqları və mübadilə ziyarətləri ayıdır.

Bəzi ölkələrin yeni məhdudiyyətlər tətbiq etməsinə baxmayaraq, icma mərasimlərinin vurusin yayılmasını artıracağına dair narahatlıqlar yüksək olaraq qalır.

Pakistanda keçən il ayın əvvəlində gündəlik yoluxma halları 800-dən az olub. Ramazan sona çatdıqdan bir neçə həftə sonra gündə 6000-dən çox yeni yoluxma faktı qeydə alınıb. Rəsmilər bu artımı daha çox pakistanlıların məhdudiyyətlər tətbiq etməməsi ilə əlaqələndirir.

Pakistan
Pakistan

Pakistanda məscidlərin Ramazan ayında 50 yaşdan yuxarı ibadət edənlərə qadağa qoyması və maska taxılmasını tələb edən qaydalarla açıq qalmasına icazə verilib.

İran aprelin 10-da farsların yeni ili olan Novruz üçün iki həftəlik tətildən sonra infeksiyaların kəskin artması fonunda 10 günlük qapanma elan edib.

İqtisadi çətinliklər də bir çoxları üçün ay ərzində nəzərə daha çox çarpacaq.

Müharibə şəraitində olan Suriyada insanlar iftar yeməyinin bu il necə olacağından narahatdır.

Livan pandemiya və avqust ayında Beyrutda baş verən böyük ölümcül partlayışla müasir tarixindəki ən ağır iqtisadi və maliyyə böhranı ilə üzləşib.

Səudiyyə Ərəbistanı Ramazanda böyük toplantıların qarşısını almaq üçün məscidlərdə iftar və sahur yeməyini qadağan edib.

Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir çox müsəlman ölkəsi Ramazan ayında koronavirus peyvəndinin vurulması ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışaraq bunun orucu pozmaq demək olmadığını bildirib.

Hindistanda yeni infeksiyaların əvvəlki zirvələri aşdığı bir vaxt müsəlman liderlər könüllülərdən ehtiyac içərisində olan yaşlılara xidmət göstərərkən məhdudiyyətlərə ciddi şəkildə riayət etmələrini və geniş toplantılardan çəkinmələrini xahiş edib.

Əfqanıstanda özlərini pis hiss etdikləri zaman diqqətli olmaq, məsafə saxlamaq və məscidlərdən uzaq durmaq ibadət edənlərin öz öhdəsinə buraxılıb.

XS
SM
MD
LG