Accessibility links

Amerika müsəlmanları müqəddəs Ramazan ayını üçüncü ildir pandemiya şəraitində keçirir


Amerika müsəlmanları müqəddəs Ramazan ayını üçüncü ildir pandemiya şəraitində keçirir
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Dünya müsəlmanları üçüncü ildir ki, müqəddəs Ramazan ayınını pandemiya dövründə keçirir. ABŞ-da bura namazın və yeməklərin sıx COVID-19 məhdudiyyətləri olmadan edilə biləcəyi ilk yerdir.

Ramazan ayı həmişə müsəlmanların ümumi işi olub. COVID pandemiyasının başlamasından bəri bu il ilk dəfədir ki, onlar gün batanda namaz qılmaq və ya iftar yeməyi yemək üçün tam şəkildə toplaşa bilir.

Burada, Merilend ştatının Silver Spring şəhərində İndoneziya icması tərəfindən yaradılmış IMAAM Mərkəzində təşkilatçılar son üç ildə ilk dəfə ibadət edənlər üçün kifayət qədər yeməyin olub-olmadığını yoxlayır. IMAAM Mərkəzinin koardinatoru İta Raymond: “Ən çətin məsələ nə qədər insanın gələcəyini təxmin etməkdir. Əvvəlki iki il pandemiya səbəbiylə insanların sayı məhdud idi. Artıq iftar və namazları üçün istədiyimiz qədər insanı qəbul edə bilərik. Mən çox təsirləndim."

Ramazan ayı boyunca insanlar iftarın və təravih namazının qılındığı pandemiyadan əvvəlki illərdən fərqli olaraq, İMAAM Mərkəzi icma üçün iftarı yalnız cümə, şənbə və bazar günləri itəşkil edir. Lakin namaz hər gecə qılınır. Bu, son illər iftarı internet vasitəsilə birlikdə açan bir çox insana yaxşı təsir edir. Nabil Syarnubi: “Hamını görmək, iftarımızı birlikdə açmaq həyəcanvericidir”.

İMAAM Mərkəzi Kolumbiya mahalının Vaşinqton şəhəri yaxınlığında indoneziyalılar tərəfindən təsis edilsə də, Ramazan ayında buraya gəlmək istəyən hər kəs üçün açıqdır. Suriya mənşəli amerikalı Suheyr İndoneziya yeməklərinin dadına ilk dəfədir baxır. İMAAM Mərkəzinin ziyarətçisi Süheyr: "Əslində, bir çox yeməklər düyüdən hazırlanır və içərisində ət var, buna görə də evdəkinə bənzəyir."

Ramazan həm də dini araşdırmalar və təfəkkür vaxtıdır. Bu fəaliyyətlər üçün məscid hələ də pandemiya zamanı hazırlanmış onlayn öyrənmə üsullarından istifadə edir. Nur Fəcar: “İndi bir növ hibriddir. Həftə içi günlərdə könüllüləri cəlb etmək çətindir, çünki onlar işləyir. İşdən sonrakı saatları isə iftar saatlarına yaxındır ki, çox az adam bunu könüllü olaraq edə bilir. Beləliklə, biz bu fəaliyyətləri onlayn davam etdirdik”.

İndoneziyalıların əksəriyyəti Şimali Amerikanın Fiqh Şurasının qərarına əməl edərək, oruca aprelin 2-də başlayıb. Bir aylıq orucun bitməsi, yəni Ramazan bayramı mayın 1-də gözlənir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG