Müsəlman teoloq Tariq Ramazana qarşı seksual ittihamlar Avropa ölkələrində müsəlmanların heyrətinə səbəb olub. Çoxmillətli icmalar arasında buna kəskin reaksiyalar bildirilib.
İşveçdə doğulan Ramazan ötən həftə Oksford Universitetindən öz hesabına məzuniyyət götürüb. Buna ona qarşı iki fransız qadının zorlama iddiası səbəb olub. Bunabənzər itthamlar İsveçrədə də irəli sürülüb.
O, inteqrasiya yolunu tutmuşdu. Bunsuz Qərbdə ictimai fəallığın əleyhinə olanlar və müsəlmanların öz ölkələrinə geri qaytarılmasının tərəfdarları üçün siyasi radikalizm meydana çıxa bilər
Ramazan isə bu ittihamları rədd edir.
Bəzi təhlilçilərin fikrincə, son aylar ittihamların təsirindən Ramazan nüfuzunu itrməyə başlayıb. Fransızdilli icma arasında 55 yaşlı teoloq gənc müsəlmanları İslamla bağlı bilgiləndiridi.
Digər ruhanilərdən fərqli olaraq Ramazan simpozium və görüşlərdəki çıxışlarını ərəb deyil, fransız dilində edirdi.
İslam üzrə mütəxəssis Aleksandr Pietrin dediyinə görə, son olaylar ciddi dəyişiklərə səbəb olacaq.
“O, inteqrasiya yolunu tutmuşdu. Bunsuz Qərbdə ictimai fəallığın əleyhinə olanlar və müsəlmanların öz ölkələrinə geri qaytarılmasının tərəfdarları üçün siyasi radikalizm meydana çıxa bilər.”
Misirin Müsəlman Qardaşlığı qrupunun təsisiçisi Həsən Əl-Bannanın nəvəsi Ramazan qütbləşdirici bir fuqur kimi tanınır. Tənqidçilər onun ikili siyasət yürütdüyünü, siyasi İslam adı altında vəhdətçiliklə məşğul olduğunu deyir.
Buşun prezidentliyi dövründə Ramazana Amerikaya səyəhət qadağası tətbiq edilsə də, Obama administrasiyası bunu ləğv etmişdi.
Ramazan ətrafında debatlar əsasən 5 milyon müsəlmanın yaşadığı Fransada geniş yayılıb.
Aprel ayında Fransa rəsmiləri Ramazanın qardaşı Hani Ramazanı ölkədən çıxarmışdı.
Müsəlman ruhani 2002-ci ildə Fransanın Le Monde qəzetində xəyanətə görə daşlanmanı dəstəklədiyinə dair məqaləsi çıxmışdı. Onun yazısı qardaşıTariqin təngidlərinə yol açmışdı.
Ramazana qarşı ittihamlar seksual təcavüzlə bağlı qlobal narahatlıqlar vaxtına təsadüf edir.