Bu həftə başlayan müqəddəs Ramazan ayı adətən müsəlmanların ərzaq alış-verişinə hazırlıqlarla başlayır.
Dünya boyu milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayı dua, ibadət və oruc ayıdır. Lakin koronavirus yeni bir qayda yaradıb və Ramazan ayının ilk günləri ölkələrin təcridi ilə üst-üstə düşüb. Bu isə Ramazan ayı üçün ərzaq məhsulları almaq istəyən insanların bazarlara axmasına səbəb olub.
Tələbat artdıqca Türkiyənin paytaxtı Ankarada ərzaq məhsullarının qiyməti də artır. Zəhra İpək: “Cəfəri, kahı və şüyüd kimi tərəvəzlərin ən çox istifadə olunduğu mövsümdür. Bunlar qışda az olanda 50 quruşa satılırdı, indi isə 2-3 lirəyə satılır. Niyə? Nə üçün heç kim bizim qayğımıza qalmır və onlara nəzarət etmir?"
Seyfəttin Korkusuz: "Bazarda bahalıqdır. Bəs niyə bahalıqdır? Çünki bazar məhsulları gündəlik gətirilir. Bunlar təzə məhsullar olduğu üçün bahadır. Səbəb budur. Daha doğrusu, bütün pərakəndə bazarında artıq qiymətlər bahalaşıb. Buna görə satıcılar aldıqları qiymətdən bir az baha satmağa məcbur olur."
Özünə çox sayda turist cəlb edən İstanbulda isə mənzərə bir az fərqlidir. Şəhərin məşhur tarixi Eminönü məhəlləsində yerləşən izdihamlı ədva bazarında izdiham həmişə olduğu qədər böyük deyil və bu, bəzi mağaza sahiblərinin narahatlığına səbəb olur. Sezgin Uludağ: ”Ramazan ayında böyük satışların olacağına ümid edirdik. Amma yeni şirniyyat sifarişləri ala bilmirik. Gördüyünüz kimi, piştaxtalar boşdur. Biz də hər kəs kimi ehtiyatla gözləyirik.”
Nimet Kandemir: "Keçən il bu vaxt Ramazan ayında burada xurma üçün böyük növbələr var idi. Amma indi satıcılar alıcılardan çoxdur. Arabir bir-iki müştəri olur. İnsanlar küçəyə çıxmağa qorxur. Vəziyyət artıq bir ay yarımdır belədir."
Lakin dünyadakı milyonlarla müsəlmanın bu pandemiya zamanında Ramazan ayında həmişəkindən daha çox dua edəcəkləri aydındır.