Accessibility links

Ramazan: Müsəlman və xristinaların dini əməkdaşlığı


Ramazan: Müsəlman və xristinaların dini əməkdaşlığı
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Ramazan: Müsəlman və xristinaların dini əməkdaşlığı

Fərqli irqlər və dinlərin məkanları bölüşmək ənənəsi Amerika etikasının bir hissəsidir. Filadelfiyada indoneziyalı amerikalı xristianlar və müsəlmanlar birlik nümayiş etdirir.

İndoneziyada olduğu kimi Filadelfiyada da indoneziyalı amerikalı xristianlar Amerikadakı dini azlıq olan müsəlmanlara kömək əlini uzadır.

“Azlıq olmaq rahat deyil. Bunu İndoneziyada, vətənimdə də yaşadım” - deyə, Filadelfiya İbadət Mərkəzinin keşişi Aldo Siahan bildirib.

2007-ci ildə Filadelfiya Pravoslav Mərkəzi məscidləri olmayan yerli indoneziyalı müsəlmanlar üçün öz məkanını açmışdı.

"O zaman, belə .... idi. Müqəddəs Ramazan ayında bayram namazı üçün bir məscidimiz olmadığı üçün çox çaşqın idik", indoneziyalı müsəlman İndah Nuritasari deyir.

“Yəni bütün yığıncaqlar buradamı idi?

"Bütün müsəlman dostlarım burada idi, ayaqqabılarını çıxarıraraq pilləkənlərin üstünə qoyurduq və orucumuzu zirzəmidə birlikdə açırdıq" - deyə, Nuritasari müxbirin sualının cavabında bildirib.

İndoneziyanın Nyu-Yorkdakı Konsulluğunun məlumatına görə, Filadelfiyadakı İndoneziya diasporu təxminən yeddi min nəfərdən ibarətdir. Onların əksəriyyəti, xristianlar 1998-ci ildə İndoneziyadakı irqi qarşıdurmalardan sonra buraya köçüb.

"Burada magistraturada oxuyarkən bir nəfər belə indoneziyalı ilə görüşə bilmədim. Və 2007-ci ilin sonlarında buraya köçəndə minlərlə indoneziyalı var idi", kilsə üzvü Lindi Bakues deyir.

Lakin xoşməramlı jest bəzi çətinliklər də gətirib. Məsələn, müsəlmanlar nəhəng xaç və Məryəm ananın heykəlləri olan bir məkanda ibadət etməkdən narahat idilər.

"O vaxt Təravih namazı zamanı xaçın üzərini örtmüşdük" - deyə, məscid üzvü Aditya Setyavan bildirib.

Bəzi xristianlar üçün çarmıxın örtülməsi xoşagəlməz hal kimi qəbul edilmişdi.

"İndoneziya və Amerika xristianlarının cavabı onların qərarımla razılaşmadığını göstərirdi" - deyə, Aldo Siahan bildirib.

2008-ci ildə Filadelfiyadakı İndoneziya Müsəlmanları özlərinə məxsus Əl Falah məscidini qurdular. Ancaq əvvəlki illərdə göstərilən həmrəyliyə minnətdarlıq olaraq məscid xristian indoneziyalıları gün batdıqda ənənəvi oruclarını açmaq üçün dəvət edib.

“İdul Fitri ilə salamlaşırıq və bizi Milad bayramı münasibəti ilə təbrik edirlər. İndoneziyada bunun böyük bir mübahisə olduğunu bilirəm, burada problem yoxdur, çünki burada bir-birimizə hörmət edirik ” , Bakues deyib.

Konqresə təqdim edilən illik dini azadlıqlarla bağlı hesabatlarda müntəzəm olaraq İndoneziyadakı dini azlıqların problemli vəziyyətinin mənzərəsi əks etdirilir.

Lakin burada, həm xristianların, həm də müsəlman azlıqların yaşadıqları və ya yaşayacaqları Filadelfiyada hər iki tərəf daha ahəngdar bir şəraitdə yaşamaqa davam edir.

XS
SM
MD
LG