Accessibility links

Ramil Süleymanov: Azərbaycanda pirat məhsullardan istifadəyə meyl yüksəkdir


Ramil Süleymanov
Ramil Süleymanov

Hüquqşünas Ramil Süleymanov Amerikanın Səsinə müsahibəsində ölkədə intellektual mülkiyyətə münasibətdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda intellektual mülkiyyət bazarında durum necədir?

Ramil Süleymanov: Ötən illərlə müqayisədə son bir-iki il ərzində Azərbaycan intellektual bazarının iştirkaçısı olan həm fiziki, həm hüquqi şəxslərin intellektual mülkiyyətlərinin qeydiyyata alınması ilə bağlı müvafiq dövlət qurumu tərəfindən lazımi prosedurlar həyata keçirilir. Sadəcə olaraq vətəndaşlarımız, o cümlədən intellektual mülkiyyət bazarının iştirakçısı olan fiziki və hüquqi şəxslərimiz bilməlidir ki, onların beyin məhsulları ümtləq qaydada dövlətin rəsmi qurumu tərəfindən qeydiyyata alındığı halda etibarlıdır və sertifikatlaşdırılır.

Ramil Süleymanov: Azərbaycanda pirat məhsullardan istifadəyə meyl yüksəkdir
please wait

No media source currently available

0:00 0:06:36 0:00

Amerikanın Səsi: Bu sahədə qanunvericilik necədir, reallıqda durum necədir?

Azərbaycan Respublikası bu sahəni tənzimləyən müxtəlif qanunlar qəbul edib

Ramil Süleymanov: Azərbaycan Respublikası bu sahəni tənzimləyən müxtəlif qanunlar qəbul edib. O cümlədən, bu sahədə qanunvericiliyin əleyhinə və ziddinə olan hərəkətləri, həmçinin qanunvericiliyin pozulmasına yol verən şəxslərin cəzalandırılmasını nəzərdə tutan müddəalar həm cinayət, həm də inzibati qanunvericiliyə daxil edilib. Lakin, qanunvericilik bir o qədər də müfəssəl deyil. Eyni zamanda, Azərbaycan Respublikası 1995-ci ildə Paris Konvensiyasını ratifikasiya edib. Bununla bərabər, Azərbaycan Avrasiya Əmtəə və Patent qurumunun tam hüquqlu üzvüdür. Keçən ildən Azərbaycan Respublikası bu qurumun vitse-prezidenliyindədir.

Amerikanın Səsi: Bəs, real durum necədir? Ekpretlər bir sıra çıxışlarda qeyd edir ki, Azərbaycanda əqli mülkiyyət sahəsində insanlar daha çox pirat məhsullara üstünlük verir.

Ümumdünya mülkiyyət qurumlarının hesabatlarında Azərbaycan Respublikası dəfələrlə pirat proqramların istifadə olunmasında öncül yerlərdə qərarlaşıb.

Ramil Süleymanov: Bu sahə qnaunvericiliklə tənzimlənir. “Əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçlılıqla mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu var. Birmənalı şəkildə lisenziyalaşdırılmamış proqramlardan, o cümlədən İKT sahəsində mövcud olan proqramlardan, o cümlədən fiziki olaraq beyin məhsulu olan əqli mülkiyyət nümunələrinin surətlərinin çıxarılması və digər hərəkətlərin edilməsi qanunvericiliklə qadağandır. Lakin, bu sahəyə nəzarət edən qurumlar tam nəzarət edə bilmir. Ümumdünya mülkiyyət qurumlarının hesabatlarında Azərbaycan Respublikası dəfələrlə pirat proqramların istifadə olunmasında öncül yerlərdə qərarlaşıb. Bu da bir daha göstərir ki, ölkədə piratçılığa meyl dəhşətli dərəcədə yüksəkdir. Lisenziyalaşdırılmamış proqramlardan istifadənin səviyyəsi yüksəkdir.

Amerikanın Səsi: Ölkədə əqli mülkiyyət sənayesi necədir? Bu sahədə inkişaf varmı?

Ramil Süleymanov: Əqli mülkiyyət sahəsi əsasən sırf insanların beyin məhsulu olan bir sahədir. Bu insanların iqtisadi və sosial vəziyyətləri ilə də üst-üstə düşən bir sahə olduğundan mütləq qaydada şərtləndirmə olmalıdır. Əqli mülkiyyətin sahələri olan sənaye nümunələridir, kəşflərdir və digər nümunlərdir. O cümlədən müxtəlif dərman pereaparatları barədə lisenziyaların alınmasıdır. Bu barədə sertifikatların əldə olunmasıdır. Bunun statistikası Azərbaycan Respublikası Əqli Mülkiyyət və Patent Publik Hüquqi Agentliyi tərəfindən aparılır. Bu barədə onalardan məlumat əldə etmək olar.

Amerikanın Səsi: Yəni, ölkədə bu sənaye sahəsi gəlir gətirirmi? Bazarlarda, mağazalarda bir çox rəsm əsərləri, heykəllər və digərlərinin surəti çıxarılaraq satılır.

Microsoft , o cümlədən Google beynəlxalq korporasiyaları müxtəlif orqaritmlərdən istifadə etməklə bu sahəni qismən nəzarətə götürə bilib.

Ramil Süleymanov: Çox təəssüf olsun ki, bu gün bütün dünya bu sahədə mübarizə aparmaqdadır. Bu sahədə ən ciddi ən çox qanun pozuntilarını edən Çin dövlətidir. Müxtəlif sənaye nümunələri, o cümlədən heykəllər olsun, istər digər nümunələr və məhsullar olsun, onlar heç bir lisenziya olmadan pirat məhsul qismində təqdim olunur, dünya bazarına çıxarılır. Həmin məhsulun qiyməti aşağı olduğundan dünyada həmin məhsullara hədsiz dərəcədə tələbat mövcuddur. Eyni zamanda bu sahədə müxtəlif kino və musiqi nümunələrini də sadalaya bilərik. Microsoft , o cümlədən Google beynəlxalq korporasiyaları müxtəlif orqaritmlərdən istifadə etməklə bu sahəni qismən nəzarətə götürə bilib.

Amerikanın Səsi: Azərbaycan bir çox kitablar var ki, tərcümə edilərək satılır. Kitab bazarında durum necədir?

Ramil Süleymanov: Kitab bazarındakı vəziyyətlə bağlı onu bildirmək istəyirəm ki, əcnəbi yazarların tərcümə olunaraq çap olunması ilə bağlı mütləq qaydada onlarla müvafiq müqavilələr imzalanmalıdır. Bu müqavilələr nəticəsində qonorar hissəsi müəyyənləşdirilməlidir. Bu həmin kitabların son səhifələrində qeyd olunmalıdır. Bu tərcümə və çap eyni zamanda müəllif hüquqları hissiəində qorunmalıdır.

XS
SM
MD
LG