Ramin Cabbarlı: Əhvazda su qıtlığı və Urmiyə gölünün quruması kimi problemlər İran hökumətinin ayrı-seçkilik siyasətindən qaynaqlanır
İranın Xuzistan vilayətinin Əhvaz bölgəsində su qıtlığı ilə əlaqədar başlamış etiraz aksiyaları Təbriz və İranın Azərbaycanın digər regionlarına yayılıb. Birləşmiş Ştatların İranda etirazlarla bağlı bəyanatında su qıtlığına gətirib çıxaran əsas səbəblər kimi pis idarəetmə və hökumətin səhlənkarlığı qeyd edilib. Müşahidəçilər problemə gətirib çıxaran əsas səbəblərdən biri kimi İran hökumətinin etnik azlıqlara qarşı ayrı-seçkilik siyasətini qeyd edir. Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlı Amerikanın Səsinə müsahibədə paytaxt Tehranı da bürüyən etirazların əsas səbəbləri və etnik qruplar arasında həmrəyliyin nümayiş etdirilməsi haqda danışıb.
Episodes
-
Dekabr 05, 2024
Çernobıl və Qarabağ veteranı dövlətin dəstəyini gözləyir
-
Dekabr 05, 2024
Dələduzluqda ittiham olunan ictimai fəalın məhkəməsi keçirilib
-
Dekabr 05, 2024
Ispartalı əkinçilər: "Qazanc əldə edə bilmirik"