Accessibility links

Ramin Cabbarlı: Azərbaycan vilayətləri və digər etnik bölgələr İranda koronavirusdan daha çox əziyyət çəkir


Ramin Cabbarlı: Azərbaycan vilayətləri və digər etnik bölgələr koronavirusdan daha çox əziyyət çəkir
please wait

No media source currently available

0:00 0:22:21 0:00

Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İranda xəstəliyin təsirinə ən çox ölkədəki etnik qruplar məruz qalır. Bu haqda Vaşinqton Universitetinin sosiologia üzrə doktorantı Ramin Cabbarli və Yaxin Şərq bölgəsi üzrə ekspert Brenda Şafferin bu yaxınlarda dərc edilmiş məqaləsində bildirilir. Məqalə müəlliflərinin bildirdiyinə görə, Azərbaycan bölgələrində və digər etnik qrupların yaşadığı yerlərdə koronavirusa yoluxma və xəstəlik nəticəsində daha çox ölüm halları müşahidə edilir. Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlı Amerikanın Səsinə müsahibəsində İran Azərbaycanında koronavirusun yayılması və bölgədəki iqtisadi-sosial durum haqda danışıb.

Ramin Cabbarlı bildirib ki, İranda rəsmi statistika ilə vilayətlərdəki statistik məlumatların müqayisəsi nəticəsində qeyri-fars bögələrdə koronavirus nəticəsində həyatını itirilənlərin sayının daha artıq olduğu müəyyən edilib. O, eyni zamanda, bu göstəricilərə təsir göstərə bilən amillərin müəyyənləşdirilməsi məqsədilə “azərbaycanlılar və digər etnik qrupların yaşadığı bölgələrlə farsların yaşadığı regionlardakı xəstəxənalardan əldə edilən məlumatların” müqayisəli şəkildə öyrənildiyini qeyd edib.

Bir halda ki, İranda koronaya yoluxanların 6 faizi həyatını itirib, Ərdəbil vilayətində koronaya yoluxanların, yəni rəsmi elan olunanların 17-18 faizi həyatını itirib. Yəni, bunlar hamısı bir ayrı-seçkilik göstəricisidir.



Ramin Cabbarlı bu göstəricilər fonunda etnik azlıqların yaşadığı bölgələrdə "iqtisadi baxımdan aşağı inkişaf səviyyəsini" qeyd edib. “Bu müqayisədə də çox şok bir nəticə ilə qarşılaşdıq. Məsələn, ortalama İranda hər 100 min nəfərə 155 xəstəxana yatağı var. Fars vilayətlərində bu, hər 100 min nəfərə 250-dən yüksəkdir, 255, bəzən 260. Amma Azərbaycan vilayətlərində düşür 140 hüdudunda, 141-143. Məsələn, bəluclara baxdıqda 100-ün altına düşür. Sistan Bəlucistanda, sünnidirlər, fars deyillər, bəluc etnik qrupuna mənsub insanlar yaşayır o regionda, burada 100-ün altındadır. Yəni təsəvvür edin, bəluc vilayətlərində 95, 99, amma fars vilayətlərində 250-nin üstündədir. Yəni ciddi şəkildə ölkənin səhiyyə sistemində sistemli bir ayrı-seçkiliyi müşahidə etmək mümkün idi. Biz bu əsasda, yəni İranın verdiyi rəsmi statistikalardan istifadə edərək bu məsələni üzrə çıxardıq. Fərq burada idi ki, indiki vəziyyətdə fərqli yerlərdən statistikalar gəlir, amma hamısı rəsmidir, biz vilayətlərin də statistikaları rəsmi sayılır, ondan istifadə etdik. Eyni halda, Səhiyyə Nazirliyinin. Və müqayisə etdik, yəni nə qədər insan koronaya yoluxub, nə qədər insan koronadan həyatını itirib. Və bir halda ki, İranda koronaya yoluxanların 6 faizi həyatını itirib, Ərdəbil vilayətində koronaya yoluxanların yəni rəsmi elan olunanların 17-18 faizi həyatını itirib. Yəni, bunlar hamısı bir ayrı-seçkilik göstəricisidir.”

Ramin Cabbarlı bu göstəricilər fonunda etnik azlıqların yaşadığı bölgələrdə "iqtisadi baxımdan aşağı inkişaf səviyyəsini" qeyd edib. “Əgər insanlar iqtisadi baxımdan çətinlik yaşayırlarsa, gənc yaşlarında bunlar daha çox stresli həyat sürürlərsə, bunlar yaşlandıqca bunların daha çox sağlıq problemləri olacaq və koronavirus sağlıq problemi olan insanlara daha risklidir. Və bu, onların ölüm faizini yüksəldə bilər”, o bildirib.

Ramin Cabbarlı dil və mədəni hüquqlar, eləcə də siyasi təmsilçiliyin təmin edilməsinə çalışan azərbaycanlıların “iqtisadi ayrı-seçkiliyə məruz qaldığını” deyib.

İqtisadi ayrı-seçkiliklər olduqda insanların kiçik xəstəlikləri olanda belə həkimə getmək imkanları yoxdur və bunlar uzun müddətdə ciddi xətəliklərə çevrilə bilər.

“Milli hərəkatın daha çox gündəmə gətirdiyi məsələlər ayrı-seçkiliklərdir, amma daha qabarıq şəkildə görünən dildən məhrum olunma, siyasi təmsilçilikdən məhrum olunma məsələləri daha çox gözə çarpır. Amma bunun başqa iqtisadi, siyasi, çevrə məsələləri var. Urmu gölü məsələsi vardır. Ərdəbil vilayəti mədə-bağırsaq xərçəngində ən yüksək yerə sahib olan yerlərdəndir. Yəni ən çox insanlar faiz olaraq Ərdəbil vilayətindədir bir sıra hesabatlara görə və bununla bağlı hər hansı bir ciddi araşdırma da görünmür...İqtisadi ayrı-seçkiliklər olduqda insanların kiçik xəstəlikləri olanda belə insanların həkimə getmək imkanları yoxdur və bunlar uzun müddətdə ciddi xəstəliklərə çevrilə bilər.”

Ramin Cabbarlı İranda iqtisadi imkanlardan məhrum olan etnik azlıqların koronavirus epidemiyasının təsirlərindən daha çox “əziyyət çəkdiyini” qeyd edib.

“İrandakı imkanlar mərkəzdə olan bölgələr ki, farsların yaşadığı bölgələrdir onlar oralardadır və onlar belə böhranlardan rahatcasına çıxa bilərlər. Azərbaycanlılar, kürdlər, bəluclar və ya azərbaycanlılardan sonra başqa türk qruplar bu şəkildə təbii ki, ciddi əziyyət çəkəcəklər. Gördüyünüz kimi, faizlər göstərir ki, təəssüflə, Azərbaycan türkləri olsun və ya başqa fars olmayan etnik qruplar olsun bunlar yaşadıqları çətinliklərə görə, stresli həyatlarına görə və maddi imkanlarının məhdudluğuna görə daha çox həyatlarını itirməklə üzbəzüs qalırlar təəssüflə.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG