Accessibility links

Ramin Hacılı quru aclığı davam etdirir


Ramin Hacılı
Ramin Hacılı

Azərbaycan Avropa Hərəkatının sədri olmuş Ramin Hacılı həbsxanada quru aclığı 8 gündür davam etdirir.

Bu barədə onun anası Hürü Hacıyeva Amerikanın Səsinə deyib.

Hürü Hacıyeva: Oğlumun vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:00:54 0:00

Onun sözlərinə görə, sentyabrın 10-da Bakı Apellyasiya Məhkməsində prokurorluğun Ramin Hacılı ilə bağlı 2018-ci ilin iyunun 4-də qanunsuz yolla dövlət sərhədindən keçməyə cəhd edərkən saxlanılan zaman qaldırılımış cinayət işi ilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından protestə baxılan zaman Hacılının səhhəti pisləşib. O müvazinətini saxlaya bilməyərək iki dəfə yıxılıb. Bu zaman məhkəmədə fasilə elan edilib və Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmət çağırılıb.

“Mən məhkəmə zalında idim. Həkimlər bildirdi ki, Raminin vəziyyəti ağırdır, təzyiqi düşüb və daimi həkim nəzarətində saxlanılmalıdır,” ana deyib.

Bununla yanaşı, Hürü Hacıyeva hazırda oğlunun həbs yerində həkim nəzarətində olub-olmaması barədə xəbərsizdir.

“Bu gün, sentyabrın 12-də həbsxanaya zəng etmişdim, Oğlumun səhhəti ilə bağlı bir məlumat ala bilmədim,” o qeyd edib.

Penitensiar Xidmətdən Ramin Hacılının səhhəti barədə məlumat almaq mümkün olmayıb.

Ramin Hacılı bir neçə gün öncə quru ölüm aclığına başlaması ilə bağlı müraciət yayıb.

"Mən özümü tamamən günahsız hesab etdiyimdən və iş materiallarından özümə qarşı ən ağır formada haqsızlıq olduğundan, paralel olaraq prokurorluğun apellyasiya müraciəti ilə daha dörd il həbs olunmağıma çalışması həyatımın təhlükə altında olduğundan xəbər verir. İstintaq hər kəsə deyir ki, bu iş Prezidentin nəzarəti altındadır. Bunu deməklə hansı məqsəd güddükləri gün kimi aydındır,” o qeyd edib.

Azərbaycan Baş Prokurorluğu bildirib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onun barəsində məhkəmənin qərarı ilə bu il iyulun 10-da həbs qətimkan tədbiri seçilib.

Yerli medianın məlumatına görə, o, Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında həbs olunub.

Ramin Hacılı ictimai-siyasi fəal olub. O, Dalğa Gənclər Hərəkatının, Azərbaycan Avropa Hərəkatının rəhbəri, Demokratik İslahatlar və Ümid partiyalarının rəhbərliyində təmsil olunub.

Ona qarşı ilk dəfə 2017-ci ildə ittiham irəli sürülüb.

Belə ki, 2017-ci il oktyabrın 12-də Bakının Nəsimi Rayon Məhkəməsi Hacılını vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə təqsirli bilib və 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib.

Cinayət işinin başlanmasına səbəb kimi Ramin Hacılının ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

Ramin Hacılı daha sonra 2018-ci ilin iyunun 4-də qanunsuz yolla dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb.

Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirib ki, Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışdığını və bu səbəbdən qanunsuz yolla Gürcüstana, oradan isə Avropa ölkələrinə getmək istədiyini bildirib.

Ramin Hacılı Azərbaycan prezidentinə müraciətində bildirir ki, barəsində bu günədək aparılan ibtidai istintaq və məhkəmə istintaqları zamanı, o cümlədən hazırda irəli sürülən ittihamlar üzrə ədalətli münasibətin olduğu ortaya çıxarsa, intihar etməyə hazırdır.

“Bütün qanunlar haqq və hüquqlar qorunmadan etdiyim əməl və ya əməllər qanunvericiliyə uyğun tövsif edilmədən, qərəzli, qeyri-obyektiv münasibətlə üzləşmişəm və üzləşməkdəyəm,” o qeyd edib.

Hacılı ölkə prezidentindən həbs qətimkan tədbirinin dəyişdirilməsi, barəsində başladılmış cinayət işinə xitam verilməsi və azadlığa çıxmasına kömək etməsini xahiş edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG