Accessibility links

"İnsanlar xoşbəxtliyin əlçatan olduğu ölkələrə can atır" [Audio-Müsahibə]


Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Azərbaycanla Avropa İttifaqı arasında viza sadələşdirilməsi prosesinin hazırkı durumu haqqında Amerikanın Səsinə müsahibə verib

"İnsanlar xoşbəxtliyin əlçatan olduğu ölkələrə can atır"
please wait

No media source currently available

0:00 0:12:55 0:00


Ramin Hacılı bildirib ki, ötən illərə nisbətən son aylarda Azərbaycan vətəndaşlarına həm Avropa İttifaqı ölkələrinə, həm də ABŞ-a viza verilməsində çətinliklər yaradılır.

Nəinki, turist kimi, hətta xaricdə təhsil almaq və ya biznes qurmaq niyyəti ilə getmək istəyənlərə belə çox halda viza verilmir.

​Son illərdə xaricə getmək istəyən insanların sayının nisbətən artmasına aydınlıq gətirən Ramin Hacılı, bunun təkcə Azəycanda yox, iqtisadi çətinlik yaşayan digər 3-cü dünya ölkələrində də baş verən ümumi hal olduğunu bildirib. Onun sözlərinə görə görə, miqrasiyanın bu cür sürətlənməsi həm də inkişaf etmiş ölkələrin beyin axını siyasətinin bir parçasıdır.

Gürcüstan, ardınca da Ukraynanın Avropa Birliyi ölkələri ilə vizasız gediş-gəliş sazişi imzalamasını hər iki tərəf üçün böyük bir yükdən azad olunması kimi dəyələndirən Ramin Hacılı qeyd edib ki, bu cür vizasız rejimin olması siyasi miqrasiyanın qarşısını alır.

Bəzi sabiq sovet respublikalarından fərqli olaraq Azərbaycan vətəndaşları Avropa İttifaqı ölkələrinə getmək üçün hələ də viza prosesindən keçməlidirlər.
Bəzi sabiq sovet respublikalarından fərqli olaraq Azərbaycan vətəndaşları Avropa İttifaqı ölkələrinə getmək üçün hələ də viza prosesindən keçməlidirlər.

“Əvvəllər insanlar Avropaya gedib siyasi sığınacaq tələb edə bilirdilər. Bu ölkələrdə BMT-nin konvensiyalarına əsasən bu cür tələbi qarşılamalı idilər. Nətic də bu insanlar ölkəyə bir növ yük olurdular. Viza sazişi bağladıqdan sonra isə artıq onlar rahat şəkildə həmin Avropa ölkələrinə gedib, 90 gün yaşaya, iş imkanları əldə edə bilərlər.”

İnsanlar həyatın daha yaxşı olduğu, xoşbəxtliyin daha əlçatan olduğu ölkələrə can atırlar

​Ramin Hacılı bildirib ki, vizasız gediş-gəliş sazişinin Azərbaycanla da bağlanması Avropanın da əsas maraqlarından olmalıdır. Buna səbəb kimi isə Azərbaycan vətəndaşlarının turist kimi getdikləri ölkədə pul xərcləməyə həvəsli olmasını, hər hansı zorakı qruplar yaratmadığını göstərir.

Bütün sənədlərin qaydasında olsa belə konsul öz şəxsi fikrinə görə sənə viza verməyə bilər

Ramin Hacılı qeyd edir ki, hazırda həm Avropa İttifaqı ölkələrinə, həm də ABŞ-a viza alınmasında Azərbaycan vətəndaşlarına qarşı çətinliklər yaradılır, ikili standartlar həyata keçirilir.

Noyabr ayında Brüsseldə Avropa Birliyi ilə Ermənistan höküməti arasında imzalanması gözlənilən viza sadələşdirilməsi razılaşmasına münasibət bildirən Ramin Hacılı Ermənistanda günü-gündən sərtləşən siyasi rejiminin nəticəsində insanların Avropada sığınacaq alması hallarının artırdığını qeyd edib. Onun sözlərinə görə, belə bir razılaşmanın əldə olunmasında Ermənistan höküməti birbaşa maraqlıdır. Çünki, belə olanda insanların hər hansı bir siyasi bəyanat verməyə şansları olmayacaq.

Dövlət miqrasiyanın qarşısını almaq əvəzinə, başqa ölkələrə köç etmiş insanların orada diaspora yaradıb, öz ölkəsi üçün çalışmasını təmin etməyə çalışmalıdır

Azərbaycanın da bu məsələdə səylərini artırmasını və ən qısa zamanda viza sadələşdirilməsinə nail olmasının vacibliyini qeyd edən Ramin Hacılı bunun üçün müxtəlif təkliflər də irəli sürüb.

“İlk əvvəl Azərbaycan höküməti vətəndaşlarda dövlətə qarşı güvəni artırmalıdır. Milli Təhlükəsizlik Naziliyində, Rabitə Nazirliyində baş verən qanunsuzluqlar, son zamanlarda hərbidə baş verənlərin ortaya çıxması insanların dövlətə olan inamını sarsıdır. Ona görə də gərək qanun şah olsun.”

Ramin Hacılı qeyd edib ki, Azərbaycan höküməti özü birbaşa olaraq viza sadələşdirilməsi prosesində maraqlı olmalıdır. Çünki, ölkədən gedən insanların orada işləyib, Azərbaycana pul göndərməsi həm ölkəni iqtisadiyyatı baxımından, həm də gələcəkdə biznes əlaqələrinin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

​Azərbaycan Avropa Hərəkatının prezidenti onu da əlavə edib ki, viza verilməsi prosesi sadələşərsə, o zaman Azərbaycanla Avropa arasında mədəni inteqrasiya prosesi də güclənəcək.

“Təsadüfi deyil ki, Azərbaycanın ən böyük fikir adamları məhz Avropa təhsili, mədəniyyəti görmüş insanlar olub və xalqını da bu istiqamətdə aparmaq istəliblər.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG