Accessibility links

Ramiz Mehdiyevə qarşı şok ittihamlar


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

Elşad Abdullayev Prezident Administrasiyasının rəhbərini siyasi qətllərdə günahlandırır

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev ən kəskin ittihamlarının yer aldığı məqaləsini qələmə alıb. Onun məqaləsini Azpolitika.info saytı kiçik redaktə fərqi ilə dərc edib. Məqaləni təqdim edirik:

Bu zaman Gülər Əhmədova Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının müdiri Ramiz Mehdiyevə vermiş oldugu pulları geri qaytarmaq əvəzinə məni kücə qadınlarının jarqonları ilə söyərək üstümə gəldi, təhdid edib qorxutmaga cəhd etdi, mənə qarşı xuliqanliq etməyə başladı və mənə bildirdi ki, Siz mənə heç bir şey edə bilməzsiniz, mənim arxamda Ramiz Mehdiyev dayanıb.

Mənim hüquq ofisimdə 2006-cı il tarixində, keçmiş deputat Gülər Əhmədova və Sevinc Babayeva ilə sonuncu görüşümdə Gülər Əhmədovadan verdiyim pulu geri tələb etdim. Bu zaman Gülər Əhmədova Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının müdiri Ramiz Mehdiyevə vermiş oldugu pulları geri qaytarmaq əvəzinə məni kücə qadınlarının jarqonları ilə söyərək üstümə gəldi, təhdid edib qorxutmaga cəhd etdi, mənə qarşı xuliqanliq etməyə başladı və mənə bildirdi ki, Siz mənə hec bir şey edə bilməzsiniz, mənim arxamda Ramiz Mehdiyev dayanıb. Mən onun bu təhdidlərindən çəkinmədən onun üstünə yeridim. Bu zaman Gülər Əhmədova əlimdən sivişib öz maşınına minib hadisə yerindən qacdı.

Gülərin bu özbaşınalıgı məni narahat etdi, buna görə də İcra Aparatının müdiri Ramiz Mehdiyevlə görüşmək ücün qardaşı “Qurd qapısı” restoranının müdiri Mayis Mehdiyevə mənə məxsus mobil telefondan zəng etdim, o da mənim telefonuma cavab verdi və məni xalq arasında Ramiz Mehdiyevin restoranı kimi tanınan “Qurd qapısı” restoranına dəvət etdi. Biz görüşdük…

Mən yaranmış vəziyyətlə əlaqədar Mayis Mehdiyevə iş otağında hər şeyi danışdım, bildirdim ki, Ramiz Mehdiyevlə görüşmək istəyirəm. Mayis Mehdiyev bildirdi ki, dediklərini sübut edə bilərsənmi…!!!??? Mən Ramiz Mehdiyevin “Gülərqeyt” video görüntülərinin bir surətini də Mayis Mehdiyevə verdim. Mayis Mehdiyev video-görüntülərə baxdıqdan sonra əsəbləşdi, daha cox ona əsəbləşirdi ki, Sevinc Babayeva video-görüntülərdə deyir ki, get Mayisə de ki, Gülər Əhmədova sənin qardaşın Ramiz Mehdiyevlə gəzir. Bundan sonra, Mayis Mehdiyev mənə söz verdi ki, narahat olma, Sizə köməklik edəcəyəm.

Mayis Mehdiyev dedi ki, burada Elşad Abdullayev reketlik etmir, kişinin işini düzəltməmisiniz pulunu da geri qaytarmaq lazımdır, bircə bu qalmışdı, ayıbdır axı, belə hoqqalar bizə yaraşan ış deyildir, kişinin pulunu qaytar…
Təəccüb doguran odur ki, bu zaman Prezidentin İcra Aparatının müdiri Ramiz Mehdiyev şəxsən qardaşı Mayis Mehdiyevin mobil telefonuna zəng edərək birbaşa məndən sikayət, təhdid etməyə başladı… Ramiz Mehdiyev Mayis Mehdiyevə bildirdi ki, yanındakı Elşad Abdullayevə denən ki, Gülər Əhmədovadan əl cəksin, elə etməsin ki Beynəlxalq Universitetə Korrupsiya Komissiyası göndərim, onu basdırım həbsə, reketlik etməsin …

Mayis Mehdiyev Ramiz Mehdiyevə bildirdi ki, düz danışmırsan, mən, Sizin “Gülərqeytin” bütün video görüntülərinə baxmışam, videoda Gülər Əhmədova deyir ki, Elşad müəllimdən alınan pulları vermişık Ramiz Mehdiyevə, burada Elşad Abdullayev reketlik etmir, kişinin işini düzəltməmisiniz pulunu da geri qaytarmaq lazımdır, bircə bu qalmışdı, ayıbdır axı, belə hoqqalar bizə yaraşan ış deyildir, kişinin pulunu qaytar…!!! Bu zaman mən başa düşdüm ki, Ramiz Mehdiyev məni mobil texnikanın köməyi ilə izlədir və qulaq asdırır, çünki, haradan bilərdi ki mən qardaşı Mayis Mehdiyevin yanındayam, onun özbaşınalıgından şikayət edirəm…!!!???

Maraq doğuran məqamlardan biri də Ramiz Mehdiyev danışandan 10-15 dəqiqə sonra Ramiz Mehdiyevin qızı Kəmalə Mehdiyeva (Gülər Əhmədovanın BDU-dakı kafedra müdiri) Mayis Mehdiyevin mobil telefonuna zəng açaraq mənim eşidə bildiyim dərəcədə bildirdi ki, Mayis əmi…!!! yanındakı Elşad Abdullayevə deynən ki, Gülər Əhmədovadan əl cəksin, yoxsa vəziyyəti ağır olacaq, reketlik etməsin, məni təhdid etməyə başladı…!!! Cavabında Mayis Mehdiyev bildirdi ki, Kəmalə nə ücün Sən belə işlərə qarışırsan, Elşad müəllim reketcilik etmir, pulunu qaytarmaq lazımdır, mən videolara baxmışam, Gülər Əhmədova Elşad müəllimin pullarını Ramiz Mehdiyevə verib, qaytarmaq lazımdır, mən saqqal ağartmışam xalqdan ayıbdır…!!! Bu sohbətlərdən 2-3 həftə sonra Ramiz Mehdiyevin tapşırıgı ilə Baş Prokurorluqdan Nazir Quliyev və digərləri gəlib ABU-da qeyri-dövlət təhsil müəssisəsində korrupsiyaya qarşı mübarizə adı altında yoxlama apardılar… Məlumdur ki, müasir dünya qanunvericiliyinə görə korrupsiya yalniz dövlət müəssisələrinə şamil edilir. Həmin vaxt ABU-da bu tədbirin aparılmasıı başa düşülən deyildi.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çemodanın içinə pul yerinə kağız parçaları qoymuşdu. Biz başa düşdük ki, saqqallı idmançılar pulu alıb qaçdıqdan sonra, Alı Qocayev mən nə edə bilərəm ki, Sizin pulunuzu verdim, Siz saxlaya bilmədiniz, oğurlatdınız…
Mayis Mehdiyevlə söhbətimizin nəticəsi olaraq, səhərisi günü Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev mənə zəng edib bildirdi ki, axşam saat 18:00-da 9-cu mikrorayonda “Lalə” restoranının həyətində, gəl mənim köməkçimdən pullarını geri götür. Mən Alı Qocayevin səsindən şübhələndim və özümlə hazırlıqlı bir idmançı da götürdüm. Alı Qocayevin dediyi yerə, onun həmişə qəbul otagında oturan qalstuklu köməkçisi əlində mənim verdiyim pul çemodanı və beş nəfər idman paltarında saqqallı idmançı ilə gəlmişdi. Alı Qocayevin köməkçisi mənə pul çemodanını verib, tez qaçıb icra hakimiyyətinin maşınında oturdu. Bu zaman saqqallı idmançılar mənə hücüm etdilər və yenidən pul çemodanını məndən geri almaq istədilər, mən özümü qorumaq məcburiyyətində qaldim, hazırliqlı idmançım işə qarışanda saqqallı idmançılar qaçmalı oldular. Biz isə maşına gəlib çemodanı açdıq, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çemodanın içinə pul yerinə kağız parcaları qoymuşdu. Biz başa düşdük ki, saqqallı idmançılar pulu alıb qaçdıqdan sonra, Alı Qocayev mən nə edə bilərəm ki, Sizin pulunuzu verdim, Siz saxlaya bilmədiniz, oğurlatdınız… Biz bu özbaşınalıqdan əsəbiləşərək hadisə yerindən birbaşa Prezidentin İcra Aparatının müdiri Ramiz Mehdiyevin qardaşı Mayis Mehdiyevin “Qurd qapısı” restoranına gəldik. Mən kağız parcaları qoyulmuş pul çemodanını Mayis Mehdiyevə göstərib ondan tələb etdim ki, əgər Ramiz Mehdiyev bu oyunbazlığına son qoymazsa onun cinayətlərindən şikayət edəcəm, mətbuat konfransı keçirib bütün dünyanın jurnalistlərinə məlumat verəcəm. Səhərisi günü, Mayis Mehdiyev bir daha Novxanı bağ evində Ramiz Mehdiyevin arvadı Qalina Yuryevnaya olduqca sərt qaydada şikayət etdi.

Bu arzuolunmaz olaylar bir daha təsdiq edir ki, Sevinc Babayeva bütün danışıqlarında səmimidir, hec bir günahı yoxdur, pullar Ramiz Mehdiyevə çatdırılıbdır.
Bundan sonra, həmin vaxt, günün birinci yarısı Təhsil Nazirliyinin İdarə müdiri İlham Pirməmmədov məni təcili yanına dəvət edib bildirdi ki, başa düşmürəm nədir, Binəqədi rayon İcra Hakimiyyətinin başcısı Alı Qocayev mənim yerlimdi, qohumumdu. Sizə bir çemodan pul göndərib, say götür, Sizə çatacaqdır. Mən, İlham Pirməmmədovun iş otagında pulları sayaraq təhvil aldım, 500 min dolardan bir min 500 dollar əskik gəldiyini İlham Pirməmmədova bildirib, Ramiz Mehdiyevə verilmiş pulun 500 min $-nı geri aldım. Qeyd etmək istəyirəm ki, mənə qarşı bütün cinayətlərin başında Ramiz Mehdiyev dayanır, bu qədər vəzifəli adamları yalnız inzibati amirlik-komanda metodu ilə, o, göndərə bilərdi.

Gülər Əhmədovaya himayədarlıq Ramiz Mehdiyev tərəfindən edilir, belə zəhərləyici maddələr də yalnız xüsusi xidmət orqanlarında ola bilər, həmin gec təsirli öldürücü dərmanlar yalnız Ramiz Mehdiyevin icazəsi ilə verilə bilər.
Bu arzuolunmaz olaylar bir daha təsdiq edir ki, Sevinc Babayeva bütün danışıqlarında səmimidir, hec bir günahı yoxdur, pullar Ramiz Mehdiyevə çatdırılıbdır, (Allah ona rəhmət etsin … !!!) Dünən, 02 yanvar 2013-ci il tarixdə Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun KİV-lərə verdiyi bəyanatda anasının ölümündə Gülər Əhmədovanın günahkar olması haqqında təkzibolunmaz sübutlarla bəyanat vermişdir. Gülər Əhmədovaya himayədarlıq Ramiz Mehdiyev tərəfindən edilir, belə zəhərləyici maddələr də yalnız xüsusi xidmət orqanlarında ola bilər, həmin gec təsirli öldürücü dərmanlar yalnız Ramiz Mehdiyevin icazəsi ilə verilə bilər. Nəzərə alsaq ki, Gülər Əhmədova KQB-də (Milli Təhlükəsizlik Nazirliyi nəzərdə tutulur-red) Adam Oğurluğu Komissiyasinin üzvüdür, Ramiz Mehdiyevə məxsus Karate Federasiyasına bilavasitə rəhbərlik edir, bir qadının karateyə başçılıq etməsi də təəccüblüdür. Gülər Əhmədova hələ də oyanmayıb, Ramiz Mehdiyevin əməllərini açıb ictimaiyyətə göstərmək əvəzinə hələ də Elşad Abdullayevi ittiham edir. Bu gedişlə o, rəhmətlik Sevincin gününə qalmasa yaxşıdır. Unutmasın ki, o, artıq yeganə, həlledici şahiddir. Onu aradan götürməklə hər şeyə nöqtə qoyula bilər.

Gülər Əhmədova unutmasın ki, o, artıq yeganə, həlledici şahiddir. Onu aradan götürməklə hər şeyə nöqtə qoyula bilər.
Maraqlıdır ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat Mahir Abdullayevin oğurluq cinayətində arzuolunmaz bütün şahidləri fiziki cəhətdən Sevinc Babayevanın diaqnozu ilə aradan götürüb. Belə ki, qardaşım, MTN-nin zabiti Mahir Abdullayevin tapılıb geri qaytarılması daxili işlər nazirinin birinci müavini, general-mayor Zahid Dünyamalıyevə tapşırılmışdı. Zahid Dünyamalıyev tələb edirdi ki, Mahirin pulunu almısınız geri qaytarmalısınız, bu isə Ramiz Mehdiyevi qane etmirdi, nəticədə, Ramiz Mehdiyev qanlı cinayətlərini gizlətmək məqsədi ilə 10 avqust 2009-cu il tarixdə Zahid Dünyamalıyevi də Sevinc Babayevanın diaqnozu ilə fiziki cəhətdən aradan götürdü. Həmin günü, daxili işlər naziri Ramil Usubov xatirəsi həmişə bütün hüquqşünaslar ücün əziz olan hörmətli general-mayor Zahid Dünyamalıyev haqqında rüsvayedici bəyanat vermişdi. Hətta belə təcrübəli generalımız Zahid Dünyamalıyev də Ramiz Mehdiyevin özbaşınalığının qurbanı oldu…!!!
Hətta belə təcrübəli generalımız Zahid Dünyamalıyev də Ramiz Mehdiyevin özbaşınalıgının qurbanı oldu…!!! Arzu Kazımov da tələb edirdi ki Mahirin pulunu almısınız geri qaytarmaq lazımdır, buna görə də həbs olundu.

Arzu Kazımov da tələb edirdi ki Mahirin pulunu almısınız geri qaytarmaq lazımdır, buna görə də həbs olundu. Ramiz Mehdiyev isə iki orta məktəb tikintisi ücün 10 milyon da yenidən tələb edirdi. Mənimlə Arzu Kazımov və daxili işlər nazirinin birinci müavini Zahid Dünyamalıyev arasında vasitəcilik edən Rövşanə Əliyevanın bu günki durumu Sevinc Babayevanın durumu ilə eynidir, vaxtında etiraf etməsə eyni aqibət də Rövşanə Əliyevanı gözləyir.

Qardaşım Eldəniz Abdullayev də idmancı adam idi, Ramiz Mehdiyevin “Qurd qapısı” restoranında yeyib içdikdən bir gün sonra ölümcül hala düşdü, Ankara “29 mayis” xəstəxanasında təcili yardımdan sonra xoş təsadüf nəticəsində həyatda qaldı, lakin nəticədə sol tərəfi qurudu, lal oldu, hazırda danışa bilmir, l qrup əlil oldu, normal əmək qabiliyyətini itirib. Sevinc Babayeva da Gülər Əhmədova ilə yeyib-içdikdən sonra ogluna demişdi ki, məni Gülər zəhərlədi.

Mügənni Mətanət İsgəndərlinin sürücüsü, köməkcisi, bibisi oglu Teymur da iki il öncə Sevinc Babayevanın diaqnozu ilə dünyasını dəyişmişdir.
Mahir Abdullayevin oğurluq işində mügənni Mətanət İsgəndərli ilə Mahir arasında əsas şahid olan müğənni Mətanət İsgəndərlinin sürücüsü, köməkçisi, bibisi oglu Teymur da iki il öncə Sevinc Babayevanın diaqnozu ilə dünyasını dəyişmişdir. Mahirin oğurlanması müğənni Mətanət İsgəndərlinin evində baş vermişdir. Əgər müğənni Mətanət İsgəndərli bu gün gəlib Müstəqil İstintaq Komissiyasına etiraf etməsə, Mahirin oğurlanmasının əsas şahidi kimi fiziki cəhətdən Azərbaycanda adam oğurlugu ilə məşğul olan mütəşəkkil təşkilat tərəfindən aradan götürüləcəkdir.

Bu vasitəçilər hələ bu günə qədər başa düşə bilməyiblər ki, Ramiz Mehdiyev şahid sevmir.
Video görüntülərdəki Şəmistan-Nüşabə cütlüyündəki jurnalist Nüşabə Aqaşova (Balakənli) da buraxdığı səhvə görə bu özbaşınalıqların Sevinc Babayeva sayagı qurbanıdır.

Yaxud, Prezident İlham Əliyevin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun adından vasitəçilik edən Mirzoyeva Nüşabə də tapılmır…??? Nüşabə vasitəçiliyi Bəylər Əyyubovun müavini Səftərin yeznəsi Prezidentin Mühafizə Xidmətinin əməkdaşı Ələsgərlə birlikdə aparırdı. Bu vasitəçilər hələ bu günə qədər başa düşə bilməyiblər ki, Ramiz Mehdiyev şahid sevmir.

Bu cinayətlər xüsusi qəddarlıqla edilir. Görəsən Azərbaycan xalqına qarşı bu qəddarlıq fəlsəfəsi Ramiz Mehdiyevə haradandır…!!!??? Ramiz Mehdiyevin etdiyi bütün cinayətlər “dövlət sirri” hesab edilir. Belə ki, akademik Ziya Bünyadov, akademik Fərəməz
Ramiz Mehdiyevin etdiyi bütün cinayətlər “dövlət sirri” hesab edilir. Belə ki, akademik Ziya Bünyadov, akademik Fərəməz Maqsudov, Parlament sədrinin müavini Afiyəddin Cəlilov, general Şəmsi Rəhimov, polkovnik Fətulla Hüseynov, kecmiş Bakı meri Rafael Allahverdiyev, general Rail Rzayev, jurnalist Elmar Hüseynov, Rafiq Tagı və sairlərin qətlləri bu qəbildən olan “istintaq sirləridir”.

Maqsudov, Parlament sədrinin müavini Afiyəddin Cəlilov, general Şəmsi Rəhimov, polkovnik Fətulla Hüseynov, keçmiş Bakı meri Rəfael Allahverdiyev, general Rail Rzayev, jurnalist Elmar Hüseynov, Rafiq Tagı və sairlərinin qətlləri bu qəbildən olan “istintaq sirləridir”. Hamısı da eyni üsul və metodlarla edilmişdir, onların da qohum-əqrəbası eyni faciələri yaşamışlar, abir-həyalarını itirmişlər. Bütün istintaqçılar həqiqət nöqtəsinə çatdıqda deyirlər ki, buradan “dövlət sirri” başlayır. Müstəntiqləri Azərbaycanda adam oğurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın üstünə deyil, zərərcəkmişin üstünə yönəldirlər, onları təhdid edib susdururlar ki, Ramiz Mehdiyevin qəddarlıq fəlsəfəsi - cinayətləri görünməsin.
Bu gün Mahir Abdullayevin işi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 04 oktyabr 2012-ci il tarixdə Baş Prokurorluq yanında yaradılmış Müstəqil İstintaq Komissiyasinın (MİK) fəaliyyətinə Prezident Administrasiyasının müdiri Ramiz Mehdiyev bilavasitə tutduğu vəzifəsindən sui-istifadə edərək maneçilik törədir, MİK-i Azərbaycanda adam oğurlugu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın üstünə yönəltmək əvəzinə zərərcəkmişin üzərinə göndərir. Bu gün qardaşım, MTN-nin zabiti Mahir Abdullayevin ogurluq işində əsas şahidlərin - Sevinc Babayevanın və digər şahidlərin açiq-aşkar eyni metodlarla qətlə yetirilməsinə görə cinayət məsuliyyətini Ramiz Mehdiyev, “şanlı” hüquq mühafizə orqanları, Baş Prokuror və MİK daşıyır. Onun yerində, həqiqətən müstəqil təfəkkürlü hüquqşünaslardan və mütəxəssis-ekspertlərdən ibarət Baş Prokurorluga tabe olmayan Müstəqil İstintaq Komissiyasi yaradılmalıdır.

Öz növbəsində, qarşı tərəf bu məqaləyə hələ öz münasibətini bildirməyib. Eyni zamanda qarşl tərəfdə olanlar bir qayda olaraq Elşad Abdullayevin yaydığı videoları və məqalələri reallıqdan uzaq və böhtan adlandırır.
XS
SM
MD
LG