Accessibility links

Ramiz Mehdiyev Prezident Administrasiyasnın rəhbəri vəzifəsindən azad edilib


Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Prezident dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib.

Mehdiyevin yerinə hələ yeni təyinat olmayıb.

Ramiz Mehdiyev 4 fevral 1994-cü ildən Prezident Administrasiyasına rəhbərlik edirdi. O hazırkı iqtidarın əsas aparıcı fiqurlarından biri kimi tanınıb.

XS
SM
MD
LG