Accessibility links

Ramiz Yunus: "Senator Kardinə son həbslərdən danışdım" [Video]


Ramiz Yunus: "Senator Kardinə Azərbaycandakı son həbslərdən danışdım"
please wait

No media source currently available

0:00 0:09:46 0:00

Ramiz Yunus: "Senator Kardinə Azərbaycandakı son həbslərdən danışdım"

Politoloq mayın 15-də ABŞ-ın nüfuzlu senatoru Benjamin Kardinlə görüşüb

ABŞ-da yaşayan azərbaycanlı politoloq Ramiz Yunus bu yaxınlarda ABŞ-ın nüfuzlu senatorlarından biri, Senatın Helsinki Komitəsinin sədri Benjamin Kardinlə görüşüb. Amerikanın Səsinə müsahibəsində görüşün bir saata yaxın davam etdiyini bildirən cənab Yunus senatorla Azərbaycandakı son hadisələri müzakirə etdiyini bildirib. O, görüş zamanı N!DA-çıların son məhkəməsindən, Fransa jurnalistinin aeroportda başına gələnlərdən, qardaşı Arif Yunusun səhhətindəki problemlərdən və Leyla Yunusun başına gələnlərdən danışdığını deyib.

Sual:
Ramiz bəy, mətbuatda gedən məlumatlara görə, siz ABŞ-ın tanınmış senatoru, Senatın Helsinki Komitəsinin sədri Benjamin Kardinlə görüşmüsünüz. Görüş nə zaman baş tutub və görüş zamanı hansı məsələləri müzakirə etmisiniz?

Cavab: Görüş dünən (mayın 15-i) senator Ben Kardinin ofisində baş tutub. İki həftə əvvəl Vaşinqtonda Azərbaycan-Amerika Qurultayı keçirilmişdi. Məni ora buraxmadılar, Azərbaycan rəsmiləri mənim orada iştirak etməyimi istəmədilər. Amerikanın Səsinə müsahibə verəndə, müxbiriniz soruşmuşdu ki, bu barədə Amerika rəsmilərini məlumatlandırmaq planlarım varmı? Mən də demişdim ki, bəli, mən sakini olduğum Merilend ştatının iki senatorunu mütləq məlumatlandıracam. Ştatın iki senator və 8 konqresmenini şəxsən tanıyıram. Onlar gərək hazırda Azərbaycanda nə baş verdiyini bilsinlər. Qurultayın səhərisi günü Ben Kardin rəsmi bəyanat vermişdi və Azərbaycanda son hadisələr - Rauf Mirqədirovun, mənim ailə üzvlərim Arif Yunus və Leyla Yunusun həbsi ilə bağlı narahatlığını bildirmişdi. Mənim senatorun ofisi ilə əlaqəm mütəmadidir və bir həftə sonra təkrarən əlaqə saxladım və mənə dedilər ki, daha ətraflı söhbət üçün görüş təşkil olunması yaxşı olardı. Dünən bu görüş baş tutdu. Ətraflı görüş oldu.

Sual: Nələri müzakirə etdiniz?

Cavab: Söhbətimizi başlayanda, o özü Azərbaycanda nələrin baş verdiyindən danışmağa başladı. Hər şeydən xəbəri var idi. O, məlumatı məhz məndən almır. Əlbəttə ki, o, məndən daha dəqiqliklə əlavə məsələləri soruşdu. Xüsusilə N!DA-çıların son məhkəməsindən danışdım, Fransa jurnalistinin aeroportda başına gələnlərdən danışdım. Qardaşımı soruşdu. Dedim artıq reanimasiyadan çıxıb, ancaq hələ də xəstəxanadadır. Leyla xanımın başına gələnləri dedim. Senator Kardin mənə səmimi dedi ki, əfsuslar olsun ki, biz Azərbaycana tərəfdaş kimi yanaşsaq da, Azərbaycanla güclü iqtisadi əlaqələmiz olsa da, bu, o demək deyil ki, Amerikanın demokratiya məsələlərinə dair imicini buna qurban verəcəyik. Azərbaycanın adının o rejimlərlə bir sırada getməsi, yalnız Azərbaycana deyil, Amerikanın da maraqlarına uyğun deyil. Və mən bunu ABŞ adminsitrasiyasına çatdıracam.

Sual: Görüşün nəticəsinin nə olacağını düşünürsünüz?

Cavab: Senator məndən açıq şəkildə soruşdu: “Bir siyasi ekspert kimi siz bu dalğanın yenidən başlamasını nə ilə əlaqələndirərdiniz?”. Mən də açıq dedim ki, baxın Ukraynaya. Hər şey Ukrayna hadisələrindən sonra başladı. Çünki bu gün Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, post-Sovet ölkələri Ukraynada baş verənlərə baxır və nəticəni gözləyir. Amerika və onun Avropadakı müttəfiqləri Avropaya inteqrasiya tərəfdarlarını qoruya bilsələr, əlbəttə ki, vəziyyət başqa cür olacaq. Bunun səbəbini burada axtarmaq lazımdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG