Accessibility links

İran ABŞ-ın ittihamlarını rədd edib


İran ABŞ-ın ittihamlarını rədd edib
İran ABŞ-ın ittihamlarını rədd edib

İran Əl-Qaidənin Pakistan və Əfqanıstandakı bazalarını pul və terroristlərlə təmin edən şəxsin İran ərazisində olduğuna dair ABŞ-ın ittihamlarını rədd edib.

ABŞ hökuməti Suriyada anadan olan Yasin Əl-Suri barədə məlumat verənə 10 milyon dollar məbləğində mükafat vəd edib. Dövlət Departamentinin bildirdiyinə görə, Suri 2005-ci ildən Əl-Qaidə və Tehran arasındakı razılığa əsasən İranda fəaliyyət göstərir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Amerikanın ittihamlarını əsassız adlandırıb.

Sözçü dekabr ayının 22-də Nyu-York məhkəməsinin İranın 2001-ci 11 sentyabr terror aksiyalarında Əl-Qaidəyə yardım etdiyinə dair qərarını da rədd edib. Mehmanpərəst Amerikanı İranın Əl-Qaidə ilə əlaqəsinə dair “həvəskar ssenarilər”i təbliğ etməkdə günahlandırıb. O, beynəlxalq ictimiayyətdən Vaşintonun ”məsuliyyətsiz davranışını” qınamasını istəyib.

XS
SM
MD
LG