Accessibility links

İran Buşehri sentyabrda fəaliyyətə başladacaq


Əli Əkbər Salehinin sözlərinə görə, yeni sanksiyaların İranın nüvə sahəsini inkişaf etdirməyə heç bir təsiri olmayacaq

İranın Atom Enerji Agentliyinin rəhbəri deyir ki, ölkənin Buşehr atom elektrik stansiyası sentyabr ayında fəaliyyətə başlayacaq. İranın yeni qətnaməsini rədd edən Əli Əkbər Salehinin sözlərinə görə, yeni sanksiyaların İranın nüvə sahəsini inkişaf etdirməyə heç bir təsiri olmayacaq. ABŞ və dünya qüdrətləri İranın nüvə fəaliyyətlərinin nüvə silahı əldə etmək mahiyyəti daşıdığını deyir. Rəsmi Tehran isə nüvə proqramının dinc mahiyyətli olduğuna israr edir. İranın liman şəhəri olan Buşehrdə atom stansiyasının inşasına Rusiya kömək edib. Tikinti 1994-cü ildə başlayıb və zavodun ilk olaraq 1999-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulsa da, bu tarix bir neçə dəfə təxirə salınıb.

XS
SM
MD
LG