Birləşmiş Ştatlar gələn həftə Cenevrədə keçiriləcək toplantıda nüvə proqramı məsələsininin müzakirə çıxarılmasına İranın verdiyi razılığı alqışlayıb. ABŞ dövlət katibi Hillari Klinton deyib ki, ABŞ İranın Cenevrədə danışıqlar aparması razılığından ruhlanıb. Onun sözlərinə görə, bu toplantı İran üçün beynəlxalq ictimaiyyəti narahat edən məsələləri müzakirə etmək imkanıdır. Avropa İttifaqı bildirib ki, İranın nüvə danışıqları üzrə baş müzakirəçisi Səid Cəlili dekabrın 6 və 7-də Avropa İttifaqının xarici əlaqələr direktoru Katerin Aştonla görüşəcək. Aştonun ofisinin verdiyi məlumata görə, o, görüşdə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniyanın adından iştirak edəcək.
ABŞ döblət katibi deyib ki, bu toplantı İran üçün beynəlxalq ictimaiyyəti narahat edən məsələləri müzakirə etmək imkanıdır