Accessibility links

İran dünya qüdrətləri ilə nüvə proqramının müzakirəsinin gələn həftə keçirilməsini təklif edib


İran dünya qüdrətləri ilə nüvə proqramının müzakirəsinin gələn həftə keçirilməsini təklif edib
İran dünya qüdrətləri ilə nüvə proqramının müzakirəsinin gələn həftə keçirilməsini təklif edib

İran dünya qüdrətləri ilə nüvə proqramının müzakirəsinin gələn həftə keçirilməsini təklif edib. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə müzakirələr təklifi İranın xarici işlər naziri Mənuçeh Mottəki tərəfindən irəli sürülüb. İranın Mehr xəbər agentliyi nazirə istinadən bildirib ki, müzakirələrin noyabrın 15-də keçirilməsi nəzərdə tutulur. İranın xarici işlər naziri deyib ki, qarşıdan gələn danışıqlarda liderlər İranla bağlı qarşıdurma mövqeyini dəyişməlidir. Mənuçeh Mottəki bu təkliflə Tehranda keçirilən Asiya Əməkdaşlıq Forumunun sonunda çıxış edib.

XS
SM
MD
LG