Accessibility links

“Güney Azərbaycanı İran deyil” şüarı qalmaqal yaradıb


Fevralın 26-da Təbrizin Traktorsazi və Əbu-Dabinin Əl-Cəzirə komandaları arasındakı futbol matçı zamanı azərbaycanlı azarkeşlərin üzərində İngilis dilində “Güney Azərbaycanı İran deyil” sözləri yazılmış böyük plakat münaqişəyə səbəb olub.

İnqilab Keşikçiləri (Sepah) və İranın ali ruhani rəhbəri Xameneyiyə yaxın orqan kimi tanınan Cavan qəzetinin internet səhifəsi plakatın şəklini yayaraq, “Şərqi Azərbaycan vilayəti və Traktorsazi klubu separatçılığın qarşısı alınmasa, bundan sonrakı oyunlar Təbrizdə deyil, başqa şəhərlərdə olmalıdır”- deyə Təbriz klubuna xəbərdarlıq verib.
Plakatın şəkilləri və videosu facebook kimi ictimai şəbəkələr və Youtube-da geniş şəkildə yayılıb və istifadəçilər arasında qızğın müzakirələr yaradıb.

26 fevral matçında səslənən milli şüarlar və plakat ərəbdilli medianın da gündəminə çıxıb. Fələstin ərazilərində yayılan ən yüksək tirajlı Əl-Quds qəzeti də plakatın şəkilini yayıb. Qəzet “Azərbaycanlı azarkeşlər kütləvi şəkildə şüarlar səsləndirərək, türk dilində təhsil haqqını tələb edib və Azərbaycan Respublikası torpaqlarını işğal edən Ermənistan dövlətini dəstəklədiyi üçün İran hökümətinə etirazlarını bildiriblər”- deyə yazıb.

Goal (www.goal.com) veb səhifəsinə istinadən, Traxturun 3-1 hesabı ilə qələbə çaldığı matçı 80 min nəfərdən çox insan izləyib.

Əl-Cəzirə klubunun İspaniyadan olan baş məşqçisi Luis Milla “Belə bir dəstək məni şok edib. Tamaşaçılar gerçəkdən də Traktorsazinin 12-ci oyunçusudurlar. “Tərəfdarların stadionda bu qədər yüksək iştirakı İspaniyadakı kimidir. Ancaq ispan azarkeşlər belə coşqun və həyəcanlı olmurlar”- deyə Tıraxturun qələbəsində tamaşaçıların rolunu yüksək qiymətləndirib.

İllərdir ki, Traxtur İran Azərbaycanında təkcə idmansevərlərin deyil, milli fəalların da diqqət mərkəzindədir. Azərbaycan şəhərlərində baş qaldıran etiraz aksiyalarında İran İslam Respublikasının güc tətbiqi və kütləvi həbslərlə üzləşən milli fəallar son illər futbol stadionlarını mübarizə meydanına çevirib.​

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG