Accessibility links

İran hökuməti ifadə azadlığının boğulması kampaniyasını gücləndirib


超過18萬人參加香港維園悼念六四23周年燭光晚會
超過18萬人參加香港維園悼念六四23周年燭光晚會

İran hökuməti mart ayı parlament seçkilərindən öncə ifadə azadlığı və məlumat yayılmasının qarşısının alınması kampaniyasını gücləndirib. Human Rights Watch və BBC-yə istinadən bu kampaniyaya xaricdə yaşayan farsdilli jurnalistlərin susdurulması da daxildir.
Human Rights Watch yanvar ayının ortalarında Londonda yaşayan BBC-nin fars şöbəsinin əməkdaşının Tehrandakı qohumlarının evinə reyd keçirdiyini bildirir. Onun yaxınlarının Evin həbsxanasına aparıldığı və sorğu-suala çəkildiyi, BBC-nin işçisinin mənbələr və əlaqə məlumatı ilə bölüşdüyü təqdirdə, onların azad ediləcəyinə vəd verildiyi bildirilir.
Dövlət Deraptamentinin sözçüsü Viktoriya Nuland bu yaxınlarda keçirilən brifinqdə İran rejiminin jurnalistlər, blogerlər və söz azadlığı müdafiəçilərinə qarşı təzyiqləri davam etdirdiyini deyib. “İranın səlahiyətli nümayəndələrinin BBC-nin müxbirinin Tehrandakı evinə gedib, onu Skype vasitəsi ilə bacısı ilə danışmağa məcbur etməsi dəhşət doğurur. Onlar Skype-la müxbiri sorğu-suala çəkməyə çalışıb. Bizim narahatlığımız İran rejiminin seçkilərdən öncə mətbuata təsir göstərməsidir. Onlar xaricdə çalışan jurnalistlərə də əllərini uzadır.” Dövlət Deraptamentinin sözçüsü Viktoriya Nuland deyib ki, ABŞ İranın təhlükəsizlik qüvvələrini universal hüquqlardan istifadə edənlərə qarşı təzyiqlərə son qoymağa çaırır. “Biz ifadə azadlığı uğrunda mübarizə aparan İran jurnalistləri və vətəndaş cəmiyyəti fəallarına dəstək verəcəyik.”

XS
SM
MD
LG