Accessibility links

İran hərbi donanması təlimlərə başlayıb


İran hərbi donanması təlimlərə başlayıb
İran hərbi donanması təlimlərə başlayıb

“Velayət 89” adlanan manevr Hörmüz körfəzi ilə Hind okeanının şimal bölgəsi arasında keçirilir

Iranın hərbi dəniz donanması İran körfəzi və Oman dənizində bu gündən başlayaraq 8 gün ərzində təlimlər keçirəcək. Dövlət nəzarətindəki kütləvi məlumat vasitələri “Velayət 89” adlanan manevrin Hörmüz körfəzi ilə Hind okeanının şimal bölgəsi arasında keçirildiyini xəbər verir. İranın hərbi dəniz donanmasının komandiri Həbibullah Səyyari dövlət televiziyasına deyib ki, təlimlərdə ölkəsinin hərbi dəniz donanması öz gücünü nümayiş etdirəcək. Bu təlimlər İnqilab Qvardiyasının İran körfəzi,Oman dənizi və Hörmüz boğazında keçirdiyi təlimlərindən 2 həftə sonraya təsadüf edilir.

XS
SM
MD
LG