Accessibility links

İran ikinci uran zənginləşdirilməsi qurğusunu işə salıb


İran ikinci uran zənginləşdirilməsi qurğusunu işə salıb
İran ikinci uran zənginləşdirilməsi qurğusunu işə salıb

İran hava zərbələrindən müdafiə edilən yearaltı obyektdə ikinci uran zənginləşdirilməsi qurğusunu işə salıb. Bu barədə məlumatı nüvə proqramı monitorinq qrupuna yaxın diplomatlar yayıb.

Sentrifuqalar bu gün Fordo onyektində 20 faiz uran zənginləşdirməyə başlayıb.

İran bu obyektin mövcudluğunu BMT-yə 2009-cu ildə bəyan etmişdi. Obyekt Qum şəhəri yaxnlığındakı dağlıq bölgədə yer altındadır.

Qərb İranın uran zənginləşdirilməsi proqramının nüvə silahları istehsalı üçün nəzərdə tutulduğundan şübhələnir. Bu məlumat narahatlıqların artmasına səbəb olub. İran isə onun dinc mahiyyət daşıdığında israr edir.

ABŞ və onun müttəfiqi İsrail İranın nüvə proqramının dayandırılması üçün hərbi əməliyyatları istisna etmədiklərini bildirib.

ABŞ-ın müdafiə naziri Leon Panetta isə İranın nüvə proqramının nüvə silahı istehsalına yol aça biləcək inkişafda olmadığını deyib. Lakin nazir İrana bu tədiqdə mane olunacağı barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG