Accessibility links

Ramin Mehmanpərəst:"İran Əfqanıstanda vəziyyətdən narahatdır və ölkəyə maliyyə yardımını əsirgəməyəcək"

İran illərdir Əfqanıstan hökumətinə pul göndərdiyini etiraf edərək bildirib ki, bu pullar müharibə şəraitində olan ölkənin yenidənqurma işlərinə sərf olunması üçün verilib. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəstin sözlərinə görə, İran qonşu Əfqanıstanda sülh və sabitliyin vəziyyətindən narahatdır və gələcəkdə də ölkəyə maliyyi yardımını əsirgəməyəcək. Əfqanıstan prezidenti Həmid Karzay deyib ki, onun idarəsi İrandan böyük məbləğdə nağd pul alır, ancaq bu pullar yardımın şəffaf formasıdır. Prezident Karzay jurnalistlərə açıqlamasında hökumət xərcləri üçün ildə iki dəfə İranın 975 min dollara qədər pul verdiyi deyib. Prezident Karzayın açıqlaması dünən The New York Times qəzetində çıxan məqaləyə cavab olub. Qəzet yazmışdı ki, onun qərargahlar rəisi Umar Daudzay Əfqanıstanın prezident sarayında İranın maraqlarını təbliğ etmək üçün İrandan küllü miqdarda pul alıb.

XS
SM
MD
LG