Accessibility links

İran məhkəməsi 5 nəfəri edama məhkum edib


İran məhkəməsi 5 nəfəri edama məhkum edib
İran məhkəməsi 5 nəfəri edama məhkum edib

Bu şəxslər 783 kiloqram tiryək və 195 kiloqram morfin narkotik maddəsini Tehrana apararkən tutulub.

İranın Kirman İnqilab Məhkəməsi 5 nəfəri edam cəzasına məhkum edib. APA Agentliyinin xəbərinə görə, bu barədə Kirman İnqilab Məhkəməsinin ikinci şöbəsinin rəhbəri Fərəcullah Kargər məlumat verib. O bildirib ki, cəzaya məhkum olunanlar narkotik maddələrin qaçaqmalçılığında təqsirləndiriliblər: “Artıq İran Ali Məhkəməsi də qərarı təsdiqləyib. Bu şəxslər 783 kiloqram tiryək və 195 kiloqram morfin narkotik maddəsini Tehrana apararkən tutulublar. Onların avtomobilləri və malları dövlət tərəfindən müsadirə edilib”.
Rəşt şəhərinin Süleymanabad qəsəbəsində isə Məhəmmədrza Tall adlı məhkum dara çəkilib. Edam açıq səma altında camaatın gözü qarşısında icra olunub. M. Tall külli miqdarda narkotik maddələrin alqı-satqısı və daşınmasında günahlandırılıb.

XS
SM
MD
LG