Accessibility links

İran neft hasilatının 9 faiz artdığını deyir


İranın neft naziri Məsud Mirkazemi
İranın neft naziri Məsud Mirkazemi

İran neft ehtiyatlarının 9 faiz artdığını elan edib. Bu açıqlama İraqın neft hasilatına görə İranı ötdüyünü açıqlamasından bir gün sonraya təsadüf edir. Neft naziri Məsud Mirkazemi deyib ki, İran 150 milyard barrel neftə malikdir. Halbuki indiyədək olan təxminlər bu rəqəmin 138 milyard barrel olduğunu göstərirdi. Mirkazemi əlavə edib ki, hökumət bu həcmin 2011-ci ilin martında bir qədər də artacağını təxmin edir. Mirkazemi artımın neft hasilatının çoxalması və yeni yataqların kəşfi ilə izah edir. Neft yataqlarının həcminə görə İran Səudiyyə Ərəbistanından sonra dünyada ikinci yerdə gedir.

XS
SM
MD
LG