Accessibility links

İran nüvə istehsalına dair danışıqlar ədalətli keçdiyi halda uğur əldə oluna biləcəyini bildirib


İran və Çinin xarici işlər nazirləri Nyu-Yorkda BMT-nin Baş Assambleyası sesiyası çərçivəsində görüş keçirib

İran xarici işlər naziri Mənuçehr Mottəki danışıqlar ədalətli keçirilərsə nüvə proqramına dair dialoqu davam etdirməyə hazır olduğunu bildirib. Mottəki Çin xarici işlər nazirinə Tehranın Vyana Qrupu və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə dialoqu yeniləməyə hazırlaşdığını bildirib. Lakin Mottəki deyib ki, İranın dinc məqsədlərlə nüvə texnologiyası istehsal etmək huququ tanınarsa danışıqlar uğurlu nəticə verə bilər. İran və Çinin xarici işlər nazirləri Nyu-Yorkda BMT-nin Baş Assambleyası sesiyası çərçivəsində görüş keçirib. Lakin Motakinin bəyanatı dünənə qədər ictimayyətin nəzərinə çatdırılmayıb.

XS
SM
MD
LG