Accessibility links

İran nüvə yanacağı istehsal edə bilər


İran nüvə yanacağı istehsal edə bilər
İran nüvə yanacağı istehsal edə bilər

İranın nüvə agentliyinin rəhbəri Əli Əkbər Salehi nüvə reaktorları üçün İranın nüvə yanacağı istehsal edə biləcəyini deyib. İranın dövlət mətbuatına müsahibəsi zamanı Salehi bildirib ki, İran İsfahan şəhərində nüvə yanacağı istehsal edən obyekt inşa edib. Nüvə agentliyinin rəhbəri Qərbin təzyiqlərinin İranın nüvə sahəsində nailiyyətlərinə səbəb olduğunu deyib. Bu açıqlama İranla nüvə müzakirələrini çətinləşdirə bilər. Bundan əvvəl BMT ilə əldə edilən razılığa görə İran zənginləşdirilməsi üçün uranı xaricə göndərməli və əldə edilən yanacaqdan tədqiqat reaktorlarında istifadə etməli idi.

XS
SM
MD
LG