Accessibility links

İran parlamenti yeni neft nazirinin təyinatını təsdiq edib


İran parlamenti yeni neft nazirinin təyinatını təsdiq edib
İran parlamenti yeni neft nazirinin təyinatını təsdiq edib

İran parlamenti prezident Mahmud Əhmədinejadın neft naziri vəzifəsinə təyinatını təsdiq edib. Prezident İnqilab Keşikçilərinin beynəlxalq sanksiyaların hədəfində olan yüksək rütbəli komandirini neft naziri təyin etmişdi. Bu gün qanunvericilər general Rüstəm Qasımini böyük səs çoxluğu ilə təsdiq edib. Təyinat İranın OPEK-in (Neft İxrac Edən Ölkələr Təşkilatı)rotasiyalı prezidentliyini qəbul etməsi vaxta təsadüf edir.

Qasımi İranın mübahisəli nüvə proqramlarında iştirakına görə, ABŞ və Avropa Birliyinin sanksiyalarının hədəfindədir.

ABŞ Dövlət Departamenti bildirib ki, onun ordu üçün nəzarət etdiyi inşaat şirkətinin 4 filialı İranın şübhəli nüvə silahı istehsalı səylərində və terrorçu fəaliyyətlərə dəstəkdə iştirak edib. İran nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığını bildirir.

XS
SM
MD
LG