Accessibility links

Türkiyəli üç üniversitet müəlliminin İranda saxlandığı bildirilib


Türkiyəli üç üniversitet müəlliminin İranda saxlandığı bildirilib
Türkiyəli üç üniversitet müəlliminin İranda saxlandığı bildirilib

Parlament New hadisəni NATO-nun Türkiyədəki fəaliyyətləri ilə əlaqələndirib və müəllimlərin Davudoğlunun müdaxiləsi nəticəsində azad olunduqlarını yazıb

İran parlamentinin xəbər saytı Parlament News, bildirib ki, “Türkiyənin bəzi mediaları türkiyəli üç üniversitet prefossorunun tutuqlanmasından xəbər verirlər ki, onlar İran rəsmilərinin dəvəti əsasında İrana səfər etmişlər”.

Parlament News Türkiyənin Sabah qəzetinə istinad edərək tutulan müəllimlərin, Dr. Seda Dəmiralp Karakaya, professor Rəbiə Karakaya-Polat və Dr. Avkan Yılan-kaya adlandırır. Xanımların hər ikisi də İstanbuldakı İşıq Üniversitetində siyasi elmlər üzrə dərs deyirlər və Cənab Yılankaya da Koç Üniversitəsində iqtisadiyyat bölümündə tələbələri yetişdirir. Onların hər üçü Tehran Üniversiteti rəsmilərinin dəvəti əsasında “İran, Türkiyə və Ərəb Baharı” konfransında iştirak üçün may ayının 28-də İrana gəlmişdilər.

Xəbərdə bildirilir ki, onlar 13 gün İranda həbsdə qalandan sonra, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İranın xarici işlər naziri ilə telefon vasitəsilə əlaqə saxlayıb və üniversitet müəllimləri bundan sonra azad olunub.

Həmin mənbə türk medialarına istinad edərək yazır ki, İran bu üç müəllimi Amerikaya casusluqda ittiham edib. Türkiyədə çap olunan Radikal qazeti yazıb ki, İranın İttilaat məmurları bir sənəd və dəlil göstərmədən onları tutub, mobil telefonlarını, komputerlərini və pasportlarını əllərindən alıb və Tehranın İttilaat İdarəsinə aparıblar. Onlara Amerikada təhsil alıb-almadıqları, İranla nə kimi əlaqələrinin olduğu və konfransda gördüklərini və gəldikləri nəticələri kimlərlə bölüşəcəkləri barədə suallar verilib.

İran parlamentinin vebsaytı bu həbsləri NATO-nun Türkiyədəki fəaliyyərləri ilə əlaqələndirib.

XS
SM
MD
LG