Accessibility links

İran prezidenti Birləşmiş Ştatları Liviyaya hərbi qüvvə yeritməməyə çağırıb


İran prezidenti Birləşmiş Ştatları Liviyaya hərbi qüvvə yeritməməyə çağırıb
İran prezidenti Birləşmiş Ştatları Liviyaya hərbi qüvvə yeritməməyə çağırıb

İran prezidenti Mahmud Əhmədinejad Birləşmiş Ştatları Liviyaya hərbi qüvvə yeritməməyə çağırıb və belə bir addımın orada ABŞ əsgərlərinə məzarlığın yaranmasına səbəb olacağını deyib. Cənab Əhmədinejad bu gün İranın Lorestan vilayətində çıxış edib. İran prezidenti növbəti müdaxilənin on il bundan əvvəl prezident Corc Buşun İraq və Əfqanıstana müdaxiləsi kimi olmayacağını, hal-hazırda vəziyyətin tamamilə başqa olduğunu deyib. Cənab Əhmədinejad deyib ki, Qərb öz hərbi qüvvələrini regiona yönəldərsə, Şimali Afrika və Yaxın Şərq belə bir addıma qarşı mübarizəyə qalxacaq. Mahmud Əhmədinejad eləcə də Birləşmiş Ştatlar hökumətini regionda diktatorları dəstəkləməkdə ittiham edib.

XS
SM
MD
LG