Accessibility links

İran prezidenti İraqın yeni hökuməti ilə daha yaxşı münasibətlər qurulacağına ümid edir


İran prezidenti İraqın yeni hökuməti ilə daha yaxşı münasibətlər qurulacağına ümid edir
İran prezidenti İraqın yeni hökuməti ilə daha yaxşı münasibətlər qurulacağına ümid edir

İran prezidenti Mahmud Əhmədinejad İraqda yeni hökumətin yaradılmasının Tehran və Bağdad arasında siyasi əlaqələrin yaxınlaşmasına kömək edəcəyinə ümid etdiyini deyib. İranın dövlət mediasının bildirdiyinə görə, Cənab Əhmədinejad bunu dünən gecə İraq prezidenti Cəlal Talabaniyə telefonla zəng edərək deyib və əlavə edib ki, o, iqtisadi əlaqələrin də genişlənəcəyinə ümid edir. İraq prezidenti isə ölkəsində yeni hökumət qurulan kimi İrana səfər edəcəyinə ümid edir. Cənab Əhmədinejadın İraq prezidentinə telefon zəngi İraqın baş naziri Nuri Əl-Məlikinin öz siyasi koalisiyasına beynəlxalq dəstəyi artırmaq məqsədi ilə keçirdiyi turun bir hissə kimi İrana səfərindən təxminən bir həftə sonraya təsadüf edir.

XS
SM
MD
LG