Accessibility links

İran Qiyam-1 adlı raketi uğurla sınaqdan keçirib


İran Qiyam-1 adlı raketi uğurla sınaqdan keçirib
İran Qiyam-1 adlı raketi uğurla sınaqdan keçirib

Sınaq haqda məlumat İranın Buşehrdə atom elektrik stansiyasını işə salacağından bir gün əvvələ təsadüf edir

İranın müdafiə naziri Əhməd Vahidi deyib ki, hərbiçilər yeni texnologiyaya malik raketi uğurla sınaqdan keçirib. İranın dövlət televiziyası Vahidiyə istinadən xəbər verir ki, Qiam-1 raketi mükəmməl naviqasiya sisteminə malikdir və bu onun qarşısının alınması şansını azaldır. O, eyni zamanda bildirib ki, raket hədəfi yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Vahidi bunu Tehranda cümə namazı zamanı qeyd edib. Fransa xəbər agentliyi Vahidiyə istinadən bildirib ki, Qiam-1 adlı raketlərin qanadları yoxdur və taktiki qabiliyyətlərə malikdir. Lakin nazir sınağın nə vaxt, harada keçirildiyi və raketin dəqiq diapozonu barədə açıqlama verməyib. Yerli televiziya raketin havaya səhraya bənzər yerdən qalxdığını göstərib. Sınaq haqda məlumat Rusiya tərəfindən verilən yanacaqdan isitifadə edərək İranın Buşehrdə atom elektrik stansiyasını işə salacağından bir gün əvvələ təsadüf edir.

XS
SM
MD
LG