Accessibility links

İrandan Suriyaya qaz kəmərinin çəkilişi barədə razılıq əldə edilib


İrandan İraq əraziləri və Aralıq Dənizi vasitəsilə keçiriləcək kəmərin marşrutunu müəyyən edəcək komitə yaradılacaq

İraqdan alınan xəbərdə deyilir ki, İran Suriyaya İraq ərazısındən keçəcək qaz kəmərinin çəkilişi barədə razılıq əldə edib. İraq hökuməti layihənin neft naziri Hüseyn Əl-Şəhristanı və İranın Bağdadda səfərdə olan nümayəndə heyəti ilə birlikdə dünən təsdiq edildiyini bildirib. İraqın neft naziri hər iki təfəfin İrandan İraq əraziləri və Aralıq Dənizi vasitəsilə keçiriləcək kəmərin marşrutunu müəyyən edəcək komitə yaradılacağı barədə razılıq əldə edildiyini deyib. İraq və İranın neft nazirləri sərhədə yaxın zonada yerləşən neft yataqlarının statusunu da müzakirə ediblər.

XS
SM
MD
LG