Accessibility links

İranda 11 nəfər asılıb


İranda 11 nəfər asılıb
İranda 11 nəfər asılıb

Sentyabrın 18-də Kərəc şəhərinin Qızıl hasar zindanında asılan, adları açıqlanmayan 7 nəfərin siyasi motivlərlə ölümə məhkum olunduğu bildirilir.

Sentyabrın 17-18-də İranın müxtəlif zindanlarında 11 məhus dar ağacından asılıb.

“Media forum” saytının məlumatına görə, sentyabrın 18-də Kərəc şəhərinin Qızıl hasar zindanında asılan, adları açıqlanmayan 7 nəfərin siyasi motivlərlə ölümə məhkum olunduğu bildirilir.

Sentyabrın 17-də isə 5 ildir Urmiyə zindanında saxlanan kürd məhbus Xudadad Rəşidi asılıb. O, dövlət quruluşuna qarşı silahlı mübarizə aparmaqda və Allaha qarşı müharibədə günahlandırılaraq edama məhkum edilmişdi.

Narkotik maddələrin satışında və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş 2 nəfər Simnan zindanında, eyni ittihamla ölümə məhkum edilmiş 39 yaşlı məhbus İlyas Babayi Çegini isə Qəzvin şəhərində edam olunub. Sentyabrın 18-də asılan İlyas Babayi Çegini edam ayağına gətiriləndə dar ağacının ipini öpüb.

XS
SM
MD
LG